Rusiyanın 7 şəhərindən Azərbaycana reyslərə start verəcək
“Ural Hava Yolları” aviaşirkəti may-iyun aylarında Rusiyanın bir neçə şəhərində Bakıya birbaşa reyslər açacaq.
“Mayın 29-dan Krasnoyarsk-Bakı, mayın 31-dən – Omsk-Bakı, Novosibirsk-Bakı, Nijniy Novqorod- Bakı marşrutları ilə həftəlik yeni birbaşa uçuşlar açırıq”, - Rusiya mətbuatı aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat verib.
Bundan başqa, iyunun 3-dən aviaşirkət Min Vodı və Perm şəhərlərindən Bakıya, iyunun 4-dən –Samaradan Bakıya reyslər açacaq.
“Ural Hava Yolları”nın parkında lizinq şərtləri ilə 50 ədəd A320 Airbus təyyarəsi var. Bu günə şirkət 200-dən artıq marşruta xidmət edir.
Hazırda “Ural Hava Yolları” aviaşirkəti Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu üzrə çarter reysləri həyata keçirir. Reyslər martın 11-dən yerinə yetirilir.
Şirkətin məlumatına görə, hazırda bəzi kateqoriyadan vətəndaşlar Azərbaycana buraxılır. Həmin şəxslərə uçuişdan 48 saat öncə verilən COVİD-19 koronavirusla bağlı mənfi nəticəsi olan PZR test tələb olunur. Test Azərbaycan tərəfinin akkreditasiyadan keçmiş laboratoriyalarında verilməlidir.
Azərbaycandan Rusiyaya daxil olma əsası olan vətəndaşlar uça bilərlər. Hava limanına təyyarənin Bakıdan yola düşməsindən ən azı 4 saat əvvəl gəlmək lazımdır. Həmçinin koronavirusla bağlı PZR testləri də tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















