Bank yeni konseptdə “28 May” filialını açdı
Anar Həsənov: Son zamanlar Yelo Bank-da köklü dəyişikliklər baş verirYelo Bank müsair standartlara cavab verən filial şəbəkəsini artırmağa davam edir. Bankın yaydığı məlumata görə, yeni açılmış “28 May” filialı da tamamilə yeni konseptdə təmir olunub.
Şəmsi Bədəlbəyli 102 ünvanında yerləşən bu filial öz müasir insteryer dizaynı, rahatlığı və funksionallığı ilə seçilir. Burada müştərilərin işinin tez və effektiv həlli üçün ən xırda detallar belə düşünülüb. Sadə, amma yeni zamanda xüsusi zövqlə təmir edilmiş qəbul otaqları, gözləmə yerləri, yeni iş sistemi – bunların hamısı “28 May” filialında öz əksini tapıb. Bankın yeni konseptində sürətli və fərdi xidmətə üstünlük verilir.
Filialın açılış mərasimində Yelo Bankın İdarə heyətinin sədri Anar Həsənov da çıxış edərək, öz fikirlərini və bankın gələcək planları haqqında məlumat verib: “Yelo Bank rebrending prosesini uğurla yekunlaşdırır və yeni inkişaf strategiyasını reallaşdırır. Yeni konseptdə təmir edilən bu “28 May” filialı da strategiyamızın bir hissəsini əhatə edir. Qeyd edim ki, son zamanlar Yelo Bank-da köklü dəyişikliklər baş verir. Bu özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərdə olduğu kimi, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir”
Bildirilib ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
























