Bakıda oktyabrda Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsi planlaşdırılır
Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında iki ölkənin son dövrlərdə imzaladığı sənədlərdə əksini tapmış enerji məsələlərinin müzakirəsi məqsədilə onlayn formatda görüş keçirilib.
Görüşdə bu ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə, eləcə də digər sənədlərdəki energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib.
Energetika naziri Pərviz Şahbazov deyib ki, “Şuşa Bəyannaməsi” bütün sahələrdə, o cümlədən enerjidə dost, qardaş, tərəfdaş münasibətlərimizi müttəfiqlik statusuna yüksəltdi: “Bu sənəddə yer alan “Cənub Qaz Dəhlizi” və elektrik enerjisi sahəsində regional əməkdaşlıq məsələləri, həmçinin işğaldan azad edilmiş ərazilərin Azərbaycan Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilməsi Türkiyə ilə enerji əməkdaşlığımızı dərinləşdirir.”
Bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı hazırda Türkiyə şirkətləri ilə müzakirələr aparıldığını bildirən nazir, eyni zamanda, gələn ildən keçirilməsi planlaşdırılan hərraclarda iştirakın mümkünlüyünü də diqqətə çatdırıb.
Görüşdə karbohidrogen, neft-kimya, bərpa olunan enerji və digər istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafına töhfə verəcək platforma kimi Azərbaycan-Türkiyə Enerji Forumunun bu ilin oktyabrında Bakıda keçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə TPAO və SOCAR-ın hər iki ölkədə uğurlu fəaliyyətindən bəhs edərək, üçüncü ölkədə birgə əməkdaşlığın strateji əhəmiyyətinə və perspektivlərinə toxunub.
Müzakirələr zamanı enerji əməkdaşlığının digər mühüm istiqamətləri üzrə də fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
23 d. əvvəl
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
-
32 d. əvvəl
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
- 34 d. əvvəl
-
40 d. əvvəl
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
-
57 d. əvvəl
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
-
1 saat əvvəl
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
-
1 saat əvvəl
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır
- 1 saat əvvəl
-
17 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
Azərbaycan neftinin son qiyməti
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
Ən çox oxunanlar
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır
Azər Türk Bank-ın Şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib

























