Bank Bakının qəsəbəsində filialını açdı
Yelo Bankın konsepsiyasına uyğun dizayn edilmiş yeni Mərdəkan filialının açılışı olub.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, Mərdəkan qəsəbəsinin girişi, Nüsrət Məmmədov küç. 1 ünvanında yerləşən filial bankın bu ərazidəki ilk filialıdır.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov daha bir filialın açılmasının bankın biznes hədəfləri və yeni strategiyasının həyata keçirilməsində növbəti addım olduğunu qeyd edib:
“Yeni filial açmağımızın əsas məqsədi Yelo Bank tərəfindən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməkdir. Bununla yanaşı, biz, rəqəmsal həllərimizin təkmilləşdirilməsi istiqamətində də çalışırıq. Əsas hədəfimiz ən qabaqcıl dünya təcrübəsinə əsaslanan və müasir tələblərə cavab verən xidmət səviyyəsini təmin etməkdir. Xidmətlərimizin müştərilərimizə mümkün qədər əlçatan olması üçün bu istiqamətdə inkişaf etməyə davam edəcəyik".
Açılış mərasimində Bakıda işgüzar səfərdə olan Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova da iştirak edib. Xanım Kulişova görülən işlərlə tanış olub, filialın iş proseslərinin təşkili barədə ətraflı məlumat aldıqdan sonra filial komandasına uğurlar arzulayıb.
Qeyd edək ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı








.png)

















