Bu il 3445 ailə ipoteka borcu alıb - 230,5 MİLYON...
Alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat təşkil edib.Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2021-ci ildə də ölkədə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirib.
Fondun xətti ilə cari ilin yanvar-iyul aylarında müvəkkil banklar tərəfindən 3445 ailəyə 230,5 milyon manat məbləğində ipoteka krediti verilib.
Fonddan Marja-ya daxil olmuş məlumata görə, verilən kreditlərin 153,6 milyon manatı adi ipoteka kreditlərinin (2040 ədəd), 76,8 milyon manatı isə güzəştli ipoteka kreditlərinin (1405 ədəd) payına düşüb.
Ümumilikdə, 2006-cı ildən bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 882 milyon manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 35 min 112 olub. Bu kreditlərin 625 milyon manatdan çox hissəsini (12150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.
Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50%-dək hissəsini özəl sektorda çalışanlar təşkil edib.
İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.
Ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3% təşkil edib. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 7,4% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)








