Hotellər üçün milli ulduz təsnifat sistemi təqdim edildi
"Bu gün ilk dəfə milli ulduz təsnifat sistemi əsasında hotellərə ulduz dərəcəsi veriləcək".
Bunu Azərbaycanda ilk dəfə Milli Ulduz Təsnifatı Sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə turizm sahəsində lisenziyalar ləğv olunub. Bununla da turizm sənayesi üçün yeni dövr başlayıb:
"Lisenziyaların ləğvi həmin dövr üçün uğurlu qərar idi. Müəyyən mənada inkişafa da səbəb oldu. Sənayedə canlanma yarandı. Ancaq məlumdur ki, bu şəraitdən sui-istifadə edənlər də az olmadı. Eləcə də bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlər üst-üstə düşmədi. Bəzi hallarda isə ulduzlaşma ümumiyyətlə aparılmamışdı. Sirr deyil ki, hotelçilik turizmin sütun sahələrindən biridir. Bu sahədə hər hansı problem birbaşa ölkə turizminin imicinə xələl gətirə bilər. Buna görə də hotellərin ulduzlaşmasına ümumi nəzarət mexanizminə yenidən zərurət yarandı”.
O deyib ki, 2014-cü ildə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun qəbul olunub. Qanuna əsasən, ulduzlaşmanı ancaq akkreditasiyadan keçən qurum edə bilərdi: “Ölkə üzrə bu akkreditasiya sertifikatını ilk dəfə 2019-cu ildə Azərbaycan Turizm Bürosu əldə etdi. Bundan sonra Azərbaycan Turizm Bürosu Azərbaycan Hotel Assosiasiyası ilə birlikdə Milli Ulduz Təsnifatını işləyib hazırladı".
F.Nağıyev deyib ki, beynəlxalq standart və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb: “Təəssüf ki, ilkin monitorinqlərə əsasən bir sıra hotellər iddia etdikləri ulduz dərəcəsini ala bilməyəcəklər. Səbəb onların malik olduqları şərait və təklif etdikləri xidmətlərin sayı və keyfiyyətindəki problemlərdir. Ancaq məqsəd ölkənin turizm imicinin qorunması olduğu üçün bu sahədə dürüst və şəffaf yanaşma mütləqdir. Bunu nəzərə alaraq Dövlət Turizm Agentliyi Turizm Bürosu və Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsini təmin edəcək. Ümid edirik ki, iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellər də tezliklə bu gün ulduz sertifikatı təqdim olunacaq hotellərin sırasına qoşula biləcəklər".
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)
