"Xarici bazarlara çıxış çətinləşib, ixracımız dayanıb"
Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, ölkəmizdə mövcud olan çay plantasiyalarının təxminən 26,4 faizi, çay istehsalının isə 60 faizi Astara rayonunun payına düşür.
Hazırda rayonda 272,5 hektar çay sahəsi var. Oktyabrın 1-nə olan məlumata görə, Astarada 699,2 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 148,7 ton (27 faiz) çox məhsul yığılıb. Məhsuldarlıq isə 11 sentner artaraq 51 sentner təşkil edib.
Astara rayonunda çayçılıqla məşğul olan ən böyük təsərrüfatlardan biri “Astaraçay” MMC-dir. Zəngin tarixi ənənələri olan Astarada çayçılığın inkişafında “Astaraçay” MMC-nin böyük rolu var.
2010-cu ildən fəaliyyət göstərən “Astaraçay” MMC-də 400 hektara yaxın çay plantasiyası mövcuddur. Bunun 150 hektarı Astara, 250 hektarı isə Lənkəran rayonunun ərazisində yerləşir. Sahələrdə müasir suvarma şəbəkəsi yaradılıb. Ərazidə əkilən “Kolxida” çay toxumları Batumi şəhərindən gətirilərək yerli şəraitə uyğunlaşdırılıb.
“Astaraçay” MMC-nin baş aqronomu İsrafil İsrafilovun verdiyi məlumata əsasən, təsərrüfatın çay plantasiyalarında üçüncü çay yığımı başa çatıb. Oktyabrın 10-dan sonra dördüncü - sonuncu yığım kampaniyasına başlanılacaq.
İndiyədək çay plantasiyalarında 285 ton 512 kiloqram yaşıl çay yarpağı yığılıb. İlin sonunadək bu rəqəmin 350 tona çatdırılması nəzərdə tutulub.
Yaşıl çay yarpağı yığımı mövsümündə təsərrüfatda 300 nəfərə yaxın işçinin çalışdığını söyləyən baş aqronom, sahələrdən 1 kiloqram yaşıl çay yarpağı yığımına görə icarədarlara 1 manat 30 qəpik, aqrotexniki qulluq işlərinə görə isə 1 manat 50 qəpik ödənildiyini diqqətə çatdırıb.
Xatırladaq ki, 2015-ci ildə “Astaraçay” MMC-də çay emalı fabriki istifadəyə verilib. Koreya Respublikası şirkətinin layihəsi əsasında tikilmiş fabrikin gündəlik istehsal gücü 12 tondur. Burada hələlik gün ərzində 11 növdən ibarət 8 tona yaxın çay məhsulu emal edilir.
Fabrikin 5 hektarlıq ərazisində, həmçinin “Çay muzeyi”, “Dequstasiya zalı” və “Çay evi” də fəaliyyət göstərir.
Baş aqronom pandemiyanın “Astaraçay” MMC-nin fəaliyyətinə də təsirsiz ötüşmədiyini vurğulayıb: “Pandemiyanın fəaliyyətimizə müəyyən təsirləri oldu. Xarici bazarlara çıxış çətinləşib. Çay məhsullarımızı əsasən Belarus və Rusiyaya ixrac edirdik, Almaniyaya da göndərirdik. Pandemiyadan sonra isə bu işlər dayandı. Məhsullarımızı əsasın yerli bazarlara çıxarırıq. Astara, Lənkəran və Bakı şəhərlərində satış mərkəzlərimiz fəaliyyət göstərir.”
Qiymətlərə gəlincə, İ.İsrafilov bildirib ki, müəssisənin çay fabrikində emal edilən 1 kiloqram brend çayın qiyməti 11 manatdan 440 manatadəkdir.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)




