“Korporativ və insani dəyərlərimə sadiq qalıram”

(®) AccessBank-ın simaları rubrikasında bugünkü həmsöhbətimiz Bankın Məhkəmə Qərarlarının İcrasının Müşahidəsi Şöbəsinin rəhbəri Elnur Məmmədovdur.
-Siz ötən il ölkəmizin ərazi bütövlüyünün bərpasında fəal iştirak etmiş AccessBank əməkdaşlarından birisiniz. Eyni zamanda həm bank, həm də hərbi işlə yaxından tanışsınız. Deyə bilərsiz, bu işlərdən hansı sizə daha doğmadır?
-Artıq 12 ildir ki, bank sektorunda çalışıram və işimə olan marağımı itirməmişəm. Bank sektorunda işlədiyim illərin sayı işimə olan sonsuz həvəsimin göstəricisidir.
Hərbi işi “işim” adlandırmaq mənə nəsə qəribə gəlir... 2005-2007-ci illərdə hərbi xidmətdə olmuşam, leytenant rütbəsi ilə bitirmişəm. Keçən il hərbi xidmətə qayıtdım və 44 günlük müharibəni baş leytenant kimi başa vurdum.
Mənim üçün, bir çox həmvətənlərim üçün də hərbi iş bir borcdur. Vətənim qarşısında vətəndaşlıq borcum. AccessBank-da korporativ dəyərlərimiz var və onlar başqa şeylərlə yanaşı, ümumbəşəri dəyərlərə əsaslanır. İşdə korporativ dəyərləri rəhbər tutduğumuz kimi, gündəlik həyatda da insani dəyərlərimizə əməl edirik – bunu "daxili kompas"ımız adlandıra bilərik. Keçən payız dəyərlərimə sadiq qalaraq Vətənimi azad etmək üçün yola çıxdım. Mən öz borcumu yerinə yetirdiyimi düşünürəm; korporativ və insani dəyərlərimə sadiq qalaraq, hər an ehtiyacı olanların köməyinə gəlməyə də hazıram.
-İstər-istəməz yadıma Lev Tolstoyun “Hərb və sülh” romanı düşür. Sülh və -hərb... Bu iki anlayış sizin üçün nə deməkdir?
-Təəssüf ki, bəşəriyyət tarixi sülh dövründən daha çox müharibələrlə zəngindir. Haradasa oxumuşam ki, bəşəriyyət tarixi boyu cəmi 300 ilə yaxın sülh şəraitində yaşayıb.
Müharibədə xoş bir şey yoxdur, bunu heç kimə arzulamazdım. Ancaq bəzən bu, zərurətdir. 44 gün bizim üçün həm ərazi bütövlüyümüzün bərpası, həm də ədalətin zəfəri idi. Sonda biz birlikdə - cəsur hərbçilərimiz və şəhidlərimiz sayəsində ədaləti bərqərar etdik, zəfər çaldıq.
Bəli, ədalətdən danışmaya bilmərəm - çünki gündəlik həyatda bu mənim üçün çox vacibdir. Ədalət uşaqlıqdan tərbiyə aldığım və bankda işimdə ciddi əməl etdiyim amildir.
-44 günlük müharibəyə leytenant kimi başladız və baş leytenant rütbəsi ilə başa vurdunuz. O payız günlərini necə xatırlayırsınız?
-Həmin 44 gün ərzində, hətta ondan sonra da sevginin, mərdliyin, cəsarətin şahidi oldum. Qələbənin əvəzini canları ilə verənlər də oldu. Allah hamısına rəhmət eləsin!
Ötən payız əmin oldum ki, biz bankda bir ailəyə çevrilmişik. Ailəmizdə yaşadığımız anlar və hissləri biz komanda olaraq də yaşamışıq. Həm evdə, həm də işdə - birlikdə nigaran idik, birlikdə xoşbəxt idik. Belə çıxır ki, təkcə korporativ və insani dəyərlər deyil, həm də hisslər eyniləşir.
-Mülki həyata qayıtmaq nə qədər asan idi?
-Allaha şükür, müharibə o qədər uzun çəkmədi ki, normal həyata qayıtmaq çətin olsun. Qələbədən sonra ölkədə yüksək əhval-ruhiyyəni görməkdən çox məmnunam. Bu qələbə üçün canından keçmiş şəhidləri hörmətlə anırıq.
Mülki həyata qayıtmaq xoş idi; bütün ölkənin - aqro, inşaat və bank əməkdaşlarının iştirak edəcəyi böyük bir dirçəlişə qədəm qoyduğu aydın idi.
Uzun illərdir ki, mikromaliyyə seqmentində liderlik edən bir bank olaraq, biz də işğaldan azad edilmiş ərazilərdə biznesin canlanmasına yönəlmiş təşəbbüsləri dəstəkləyəcəyik.
Qarşıdakı illərdə görüləcək işlər var. Necə deyərlər, planlarımız çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 3 d. əvvəl
-
-
56 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
Ən çox oxunanlar

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
