Kapital Bank: "Biz 2017-ci ildə sektorda canlanma proqnozlaşdırırıq"
Son iki il ərzində Azərbaycan iqtisadiyyatı bir sıra problemlərlə üzləşib.Bunu "AmCham-Azerbaijan"ın rəsmi jurnalına müsahibəsində "Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov bildirib.
Onun sözlərinə görə, problemlərin kökündə neftin ucuzlaşması, o cümlədən regional iqtisadi artım tempinin zəifləməsi və Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutasının devalvasiyaya uğraması dayandır: "Təbii ki, bu amillər ölkənin gəlirlərinə mənfi təsir edib. Bunu nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı manatı devalvasiyaya uğratdı və üzən məzənnə rejiminə keçdi. İstehlakçıların xərcləri və gəlirləri azalmaqdadır. Şirkətlər də zərərlə üzləşməkdədir".
Bankir qeyd edib ki, bank sektoru üçün çətin bir vaxtda Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və tənzimləyicinin atdığı addımlar öz nəticələrini verməkdədir. "Mən bəzi likvidliyin artırılmasına hesablanan inzibati addımları qeyd etmək istərdim. Bank sektorunun ehtiyacı olduğu restrukturizasiya prosesi artıq başlayıb. Artıq bazarın sağlamlaşdırılmasını nəzərdə tutan yol xəritəsi də hazırlanıb. Biz bir neçə qeyri-sağlam bankın lisenziyasının geri çağırılmasının şahidi olduq. Bununla da tənzimləyici islahatları davam etdirdi. Başqa bir vacib məqam dollarla kreditləşməyə məhdudiyyətin qoyulmasıdır", - deyə o bildirib.
F. Məmmədov cari ildə Mərkəzi Bank tərəfindən pul-kredit siyasətinin sərtləşdirilməsini xatırladaraq qeyd edib ki, bu addım inflyasiya təzyiqinin azaldılmasına hesablanıb.
"Hesab edirəm ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan islahatlar yaxın perspektivdə bank sektoruna olan inamın artmasına səbəb olacaq", - deyə sədr müavini qeyd edib.
F. Məmmədovun sözlərinə görə, sektordakı problemlərə baxmayaraq, "Kapital Bank"ın biznes strategiyası dəyişməz qalır: "Əsas məqsədimiz müştərilərimizə və tərəfdaşlarımıza keyfiyyətli xidmət göstərməkdir. Bu səbəbdən biz öz planımıza sadiqik. Bu, bizə bazar payımızı qorumağa və aktivlərimizin həcminə görə sektorun lideri olmağa imkan verdi. Bütün bunlar beynəlxalq reytinq agentliklərinin diqqətindən kənarda qalmayıb. Zəngin tarixə malik olan "Kapital Bank" maliyyə müəssisələrinin ən yaxşı tərəfdaşıdır. Biz etibarlı tərəfdaş kimi tanınır və qəbul olunuruq. Bunu inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Son illər ərzində biz xərclərimizin optimallaşdırılması üçün bir sıra ciddi addımlar atmışıq. Bununla yanaşı, biz kapitalımızı və likvidliyimizi, o cümlədən infrastrukturun inkişafına və elektron tətbiqlərə investisiyalarımızı artırmışıq. Biz sektorun lideri kimi öz məsuliyyətimizi dərk edirik".
O əlavə edib ki, bankın əsas məqsədlərindən biri 2020-ci ilədək bazardakı liderliyini qorumaqdır və bu hədəfə çatmaq üçün 2017-ci ildə bir sıra işlər görüləcək. "Biz 2017-ci ildə sektorda canlanma proqnozlaşdırırıq və buna ciddi hazırlaşmışıq. Bir şeyi xüsusilə vurğulamaq istəyirəm ki, bizim əməkdaşlarımız öz öhdəliklərini yerinə layiqincə yerinə yetirməsəydi, biz bu uğurlara imza ata bilməzdik. Buna görə də bazardakı volatilliyə baxmayaraq götürdüyü öhdəlikləri yerinə yetirən hər bir əməkdaşımıza dərin minnətdarlığımı bildirirəm. Mən əminəm ki, biz düzgün istiqamətdəyik və iqtisadiyyatımız üçün olduqca əhəmiyyətli olan bankımızı inkişaf etdirməyə davam edəcəyik".
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
26 d. əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
40 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Ən çox oxunanlar
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib



















