Gəncədə dövlət qulluğunda çalışanların orta maaşı 900 manatdan yüksəkdir
Gəncədə dövlət orqanlarında çalışanların (Dövlət qulluqçularının) sayı və orta aylıq əməkhaqqı açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə 23 müəssisə dövlət qulluğu statusuna malikdir.
Bu təşkilatlarda ümumilikdə 377 nəfər çalışır ki, onlardan 313 nəfəri dövlət qulluğunun inzibati vəzifələri üzrə, 64 nəfəri isə yardımçı vəzifələr üzrə çalışanlardır.
Dövlət qulluğu bir neçə təsnifata ayrılır vəşəhər üzrə yalnız 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci təsnifatlardaişçilər çalışmaqdadır. İşçilərin ümumi sayından, yəni 377 nəfərin 254 nəfərini kişilər (67,4 faizi), 123 nəfərini isə qadınlar (32,6 faizini) təşkil edir.
2020-ci il üzrə dövlət qulluğunda çalışanların orta aylıq nominal əməkhaqqı şəhər üzrə 910,8 manat, ondan 3-ü təsnifat üzrə 2427,8 manat, dördüncü təsnifat üzrə 3419,2 manat, 5-ci təsnifat üzrə 1193,9 manat, 6-cı təsnifat üzrə 1510,5 manat və 7-ci təsnifat üzrə 897,1 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
33 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
54 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























