"Ukrayna və Rusiya divar kağızlarının qiymətləri qalxıb"
"Pul köçürə də bilmirik, mal ala da bilmirik"Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca yaranan vəziyyət Azərbaycanda özünü müxtəlif sahələrdə göstərməkdədir. Bu təsirə məruz qalan sahələrdən biri də divar kağızları bazarıdır. Ölkədə yerli istehsalı olmayan bu sahə konkret olaraq idxaldan asılıdır. Əsas idxalçılarımız isə elə adıçəkilən Ukrayna və Rusiyadır.
Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, ötən il Azərbaycan xaricdən 31, milyon 534 min ABŞ dolları dəyərində 9 min 989 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) alıb. Bunun dəyər ifadəsində 22,9 %-i, kəmiyyət olaraq – 18,3 %-i Rusiyanın, müvafiq olaraq 33,2 %-i və 30,1 %-i Ukraynanın payına düşür.
Bəs müharibə başlayandan sonra yerli divar kağızı bazarında vəziyyət necədir? Baş verənlər qiymətlərə nə dərəcədə təsir göstərib?
Divar kağızlarının satışı ilə məşğul olan mağazanın müdiri Cəbrayıl Hüseynov bildirib ki, Ukraynadan sifariş etdikləri mallar gəlmir. Adətən 5-6 günə gələn mal 1 aydan çoxdur yolda qalıb.
“Artıq bəzi firmalarda bahalaşma müşahidə olunur. Nəzərə alsaq ki, bizdə divar kağızları istehsal olunmur, bu mənada qiymətlər pis deyil. Biz həmçinin Çindən də mal gətiririk, çeşidlərimiz çoxdur. Çin mallarının qiymətləri hələlik artmayıb. Amma Ukrayna və Rusiya divar kağızlarının qiymətləri qalxıb. Rusiya və Ukraynaya pul köçürə də bilmirik. Buna görə də mal ala bilmirik. Malları biz TIR-la gətiririk. Ukraynadan bura gəlib çıxana kimi ən ucuz rulon (10 metr) 11 manata başa gəlirdi. Ən bahalısı isə təxminən 120 manat olur. Adətən hər partiyaya 20-25 rulon daxil olur”, - deyə mağaza müdiri bildirib.
O qeyd edib ki, hazırda bazarda Ukrayna və Rusiya istehsallı divar kağızlarının qiyməti 2-3 manat artıb. Ən keyfiyyətli divar kağızlarının Çindən gəldiyini, orada brend şirkətlərin zavodlarının olduğunu da əlavə edib.
Divar kağızlarının topdan satışı ilə məşğul olan Aslan Məlikov əsasən Belarus mallarını gətirdiklərini deyir. O, bu ölkədən tədarükdə problem olmadığını da əlavə edir:
“Ukraynadan da mal almışıq, amma hələlik gəlməyib. Rusiyadan da sifarişlərimiz gəlməyib. Rusiya ilə problemin səbəbi pul köçürməsi ilə bağlıdır. Çünki pul köçürmələrdə problem yaranıb”.
A.Məlikov divar kağızlarının qiymətində artım olduğunu deyir:
“Hazırda bazarda daha çox tələbat ucuz divar kağızlarınadır. Onlar da Belarus, Ukrayna və Rusiya mallarıdır”.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























