“Azərbaycan Sənaye Korporasiyası” yeni zavod tikəcək
“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) yaşıl neft koksunun kalsinasiyası və anod istehsalı zavodu layihəsinin qiymətləndirilməsi ilə bağlı təkliflər sorğusu elan edib.
İddiaçılar təkliflərini mayın 20-si, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanına ("ASK Vİlla") ünvanıa təqdim edə bilərlər.
Sorğunun nəticəsi mayın 23-də, saat 14:30-da videokonfrans keçirilməklə açıqlanacaq.
ASK ölkə prezidentinin 6 noyabr 2017-ci il tarixli fərmanı əsasında yaradılıb. Hazırda onun nəzdində iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Bunlar, “Azəralüminium”, "Azərpambıq ASK”, “Azəripək”, “ASK Şüşə”, “ASK İzolit”“ASK Tekstil”, “ASK Xidmət”, “ASK Security” MMC, "ASK Aqro" MMC, “ASK İnşaat” MMC, “ASK Şəki Kərpic”, “ASK Şəki Su Elektrik Stansiyası”, “ASK Ayaqqabı Fabriki”,ASK Əmlak”, “ASK Turizm” (fəaliyyət göstərmir), “ASK-Russia”(fəaliyyət göstərmir) və "ASK Poliqrafiya" MMC-lərdir(fəaliyyət göstərmir).
Neft koksunun kalsinasiyası və anod bloklarının istehsalı zavodunun tikintisi üzrə hədəflər:
-“Yaşıl” koksun kalsinasiyası və anod bloklarının istehsalı;
-Yerli, yüksək keyfiyyətli “yaşıl” koksa çıxış;
-Məhsulumuza olan daim tələbatın sayəsində nail olunan yüksək gəlirlik;
-Kalsinasiya edilmiş “yaşıl” koksun ixracı;
-Anod bloklarının Azəralüminium tərəfindən istifadəsi.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























