Hesab.az ailəsinin 11 yaşı tamam oldu!
(®) Azərbaycanın ilk onlayn xidmətlər platforması – Hesab.az artıq 11 ildir ki, insanları rahat və sürətli ödəniş imkanları ilə təmin edir.
Hesab.az, 14 Aprel 2011-ci tarixində GoldenPay şirkəti tərəfindən onlayn ödəniş portalı olaraq yaradıldı. Hesab.az dövrünün innovasiyası olmaqla insanları sadə və sürətli ödəniş ilə tanış etdi, “Vaxtınıza dəyər verin” şüarı ilə 680 mindən çox istifadəçini öz ətrafında topladı.
Platforma 11 illik inkişaf yolunda dünyada baş verən texnoloji yenilikləri ölkəmizdə ilk olaraq tətbiq etməyə davam edir. Fəaliyyətinin ilk illərində 30-a yaxın xidməti əhatə edən platformada, hazırda 200-ə yaxın xidmət mövcuddur. 400-dən çox partnyor şirkət ilə əməkdaşlıq edən Hesab.az, artıq sadəcə ödəniş portalı deyil, həm də Azərbaycanın ən böyük onlayn xidmətlər platfomasıdır.
Yarandığı zamanlarda onlayn ödəniş bazarında ilk şirkət olmaqla insanlarda onlayn ödəmə bacarıqlarının formalaşmasına öz töhfəsini vermişdir. İnsanlarda yaratdığı onlayn ödəniş vərdişinin yüksək tələblərinə uyğunlaşaraq, fəaliyyət istiqamətini ildən-ilə genişləndirir. Bu gün Hesab.az sadəcə kommunal və digər tez-tez edilən aylıq ev ödəmələrini deyil, həm də bank və mağaza kreditləri, sığorta alışı, dövlət, təhsil, parkinq, taksi ödənişləri, onlayn bankçılıq, aviabilet və otel təklifləri kimi bir çox xidmətləri təqdim edir.
Yaxın aylarda istifadəçilərini müxtəlif yeniliklərlə təəccübləndirmək üçün həvəslə çalışan Hesab.az komandası, istifadəçilərinin rəylərindən daim stimul alırlar.
Hesab.az, 11 illiyi münasibəti ilə Facebook və İnstagram hesablarında müsabiqə həyata keçirir. Ətraflı: https://bit.ly/38QGx1X
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 21 d. əvvəl
-
37 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"






















