Sayca dördüncü olan “PASHA Bank Cup” yarışı başlayır
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə vermək məqsədilə sayca dördüncü olan “PASHA Bank Cup” yarışmasını keçirir.
Ənənəvi olaraq keçirilən bu müsabiqədə məktəblilər, tələbələr və peşəkar proqramçılar da daxil, müxtəlif yaş qruplarına aid ölkənin ən güclü ağılları fərqli mövzularda biliklərini sınayacaq. Bununla da, iştirakçılar yeni əsaslı biliklər əldə edə, bacarıqlarını genişləndirə və peşəkar keyfiyyətlərini nümayiş etdirə biləcək.
“PASHA Bank Cup IV” yarışması 4 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn surətdə keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışmanın əyani şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup IV" kuboku uğrunda mübarizə aparacaq.
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarışma zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankın Rəqəmsal Mühəndislik departamentində təcrübə proqramına qatılmaq, hətta Bankda işləmək imkanı əldə edəcək.
Beləliklə, "PASHA Bank Cup IV" yarışmasının ilk təsnifat mərhələsi 1 may 2022-ci il tarixində başlayacaq və dörd gün ərzində davam edəcək. Bu mərhələnin mövzusu “İcra və Data strukturları” (İmplementation and Data Structures) olacaq. İştirakçılardan müsabiqəyə başladıqdan sonrakı 4 saat ərzində təqdim edilən 6 sualı bitirmək tələb olunacaq.
Biliklərinizi artırmaq, yeni məlumatlar əldə etmək və müsabiqədə daha uğurlu nəticələr göstərmək üçün “PAŞA Bank”ın Rəqəmsal Mühəndislik komandası aşağıdakı kitabları və kursları tövsiyə edir.
- Kitablar
Algorithms, 4th Edition by Robert Sedgewick and Kevin Wayne
The Algorithm Design Manual by Steven Skiena
- Onlayn kurslar
1. https://www.coursera.org/learn/algorithms-part1
2. https://www.coursera.org/learn/algorithms-part2
3. https://www.udemy.com/course/learn-data-structure-algorithms-with-java-interview/
Ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq üçün müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşula bilərsiniz.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 20 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
-
1 saat əvvəl
"Alatava - Avtonəqliyyat" QSC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
1 saat əvvəl
Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!
-
1 saat əvvəl
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
Kaya Kallas Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək
NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib
"Qlobal neft ehtiyatları 8 ilin ən aşağı səviyyəsindədir. Dünyanın tələbatını 101 gün qarşılaya biləcək ehtiyat qalıb"







.jpg)





.jpg)









