“Azərsun Holdinq” Türkiyə şirkətilə memorandum imzaladı
Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsi ilə bağlı təlimlərə cəlb olunacaq15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzi, “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkəti, “Azersun Holdinq” MMC arasında birgə əməkdaşlıqla bağlı memorandum imzalanıb.
İmzalanma mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, AKP İstanbul millət vəkili Şamil Ayrım, “Azersun Holdinq”in Kənd təsərrüfatı məhsulları baş direktoru Məhəmməd Gözəl iştirak ediblər.
Memorandumu Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkətinin rəsmisi Sərdar Sapmaz və “Azersun Holdinq” MMC-nin Kənd təsərrüfatı məhsulları baş direktoru Məhəmməd Gözəl imzalayıb.
Memoranduma əsasən, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi tərəfindən verilən icazə çərçivəsində Azərbaycandan olan mütəxəssislərə pilotsuz uçuş aparatlarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, əldə edilən razılaşmaya əsasən kənd təsərrüfatı nəzarət vasitələrinin istehsal lisenziyasına malik olan Türkiyə şirkəti sifariş əsasında pilotsuz uçuş aparatları ilə təchiz edəcək.
Əldə edilən razılaşmaya əsasən, türkiyəli mütəxəssislər tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bitki örtüyü indeksinin müəyyənləşdirilməsi, həmçinin çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini, eləcə də digər istiqamətlər üzrə nəzəri və praktik təlimlər keçiriləcək
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
49 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















