"Türkiyə geyimlərinin 70 faiz bahalaşacağını gözləyirəm"
Türkiyənin geyimlər istehsalçısı "Gürmen" Qrupun İdarə Heyətinin Üzvü Zeynep Doğan, may ayında hazır geyim qiymətlərində 30 faiz artım olduğunu qeyd edərək, yeni mövsümdə 70% artım gözlədiyini söyləyib.Türkiyədə dolların bahalaşmasının (Dollar/TL məzənnəsinin artımasının) mənfi nəticələri özünü tekstil sənayesində yüksək qiymət artımları ilə göstərir.
Marja xəbər verir ki, "Gürmen" Qrupunun (Ramsey və KIP markaları) İdarə Heyətinin üzvü Zeynep Doğan pandemiyanın başlanğıcından bəri yun və pambıq kimi əsas xammalların qiymətlərində 2 dəfəyə yaxın artım olduğunu bildirib.
"May ayında hazır geyimlərdə qiymət artımı 30 faiz civarında idi, yayı belə keçirəcəyik, amma qiymətlərdə növbəti qış mövsümündə ötən qışla müqayisədə 70 faiz artım gözləyirəm”, - o deyib.
Xaricdə 46 nöqtədə xidmət göstərdiklərini qeyd edən Doğan, "Hazır geyim sektorunda Ramsey və KIP markaları ilə fəaliyyət göstəririk. Əsas bazarlarımız Azərbaycan, Türkmənistan, Tacikistandır. Yaxın Şərqdə də əhəmiyyətli payımız var. Son bir ildə Qətər və Dubayda mağazalar açdıq. İndi isə tezliklə İraqda mağaza açacağıq. Balkanlarda genişlənmək planlarımız var, Kosovoda mağazamızın açılışı olacaq",- deyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
49 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















