Türkiyə Mərkəzi Bankından yenidən faiz endirimi gözlənilir
Bloomberg-in apardığı sorğuya görə, bazar iştirakçıları Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 22 sentyabr toplantısında faizini 50 bənd azaldaraq 12,50 faizə çatdıracağını gözləyirlər.Bu həftə iclas keçirəcək qlobal mərkəz banklarından cəmi 500 bənd faiz artımı gözlənildiyi halda, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yenidən faiz endirimi edəcəyi gözlənilir.
Marja xəbər verir ki, Bloomberg tərəfindən keçirilmiş və 17 qurumun iştirak etdiyi sorğuda orta gözlənti faizin 50 bəndi azaldılaraq 12,50% müəyyən ediləcəyi istiqamətindədir.
TCMB avqust iclasında bazarın gözləntilərinin əksinə olaraq faizini 100 bənd azaldaraq 13 faizə endirib.
Türkiyə Mərkəzi Bankı faizi azaltması inflyasiyanın yüksək olduğu dövrə təsadüf edir. Son məlumatlar göstərib ki, inflyasiya 24 illik pik həddini yeniləyərək 80 faizdən yuxarıya çatıb.
TCMB payızda inflyasiyanın 90 faiz səviyyəsinə yaxınlaşacağını və ili 60,4 faizlə bağlayacağını proqnozlaşdırdığı halda, hökumət Orta Müddətli Proqramda inflyasiyanın 65 faizə düşəcəyini proqnozlaşdırmışdı.
İl sonu proqnozunu bölüşən 12 qurumun orta gözləntisi faiz dərəcəsinin 12 faizə endiriləcəyidir.
Ən aşağı il sonu proqnozunu verən qurumlar Mərkəzi Bankın əsas faizinin ilin sonuna qədər 9 faizə enəcəyini, ən yüksək faiz dərəcəsi proqnozunu paylaşan qurumlar isə faiz dərəcəsinin 2010-cu ilin sonuna qədər 13%səviyyəsində sabit qalacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 15 d. əvvəl
-
-
16 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
27 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb







.jpg)







.jpg)







