Kahramanmarașda Azərbaycan məhəlləsi salınacaq
Fevralın 6-da Türkiyənin 11 vilayətində dağıntılara səbəb olan güclü zəlzələdən sonra azərbaycanlı iş adamları və qeyri-hökumət təşkilatlarının bir araya gələrək yenidən bərpa etdikləri “Qardaş köməyi” platformasının fəaliyyəti davam edir. Bu dəfə zəlzələ ocağı Kahramanmaraş şəhərində 200 konteynerlik Azərbaycan məhəlləsi qurulacaq.
Platformanın Türkiyə təmsilçisi, Asif Qurbanlının bildirdiyinə görə, bu günlərdə məsələ ilə əlaqədar Kahramanmaraşın Türkoğlu rayonunda vali Tuncay Akkoyun ilə görüşüblər. Valinin edilən yardım və dəstəyə görə, Azərbaycana və “Qardaş köməyi” platforma üzvlərinə təşəkkür etdiyini deyən Asif Qurbanlı bildirib ki, Tuncay Akkoyun ilə aparılan müzakirələrdən sonra ən azı 200 yaşayış konteynerinin yer alacağı Azərbaycan məhəlləsinin qurulmasına qərar verilib:
“Platforma tərəfindən göndərilən 100-dən çox yaşayış konteynerləri artıq sahəyə gətirilib. Onu da xüsusi olaraq qeyd edim ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi AFAD rəsmiləri də məhəllə salınacaq ərazidə aparılan işlərə baxış keçirib”.
A.Qurbanlı Azərbaycan Sahibkarlar Konfederasiyası, Gəncliyə Yardım Fondu, MhSAİD, Azərbaycan Türkiyə İş Adamları Dərnəyi, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi, Kiçik və Orta Müəssisələr və Klublar Assosiasiyası, Azərbaycan Qida və İçki İstehsalçıları Assosiasiyası, Türkiyə Məzunları, Aydınlar və İş adamları Platforması, Müasir İnkişaf Assosiasiyasının birləşdiyi “Qardaş köməyi” platforması zəlzələ zonasına etdiyi yardımlara da toxunub:
“İndiyədək 100-dən çox yaşayış konteyneri, 1000 tondan çox ərzaq, 200-dən çox generator, 155 çadır, 2 xəstəxana çadırı, 22 ton dərman və tibbi ləvazimat göndərilib. Yəni bu günə qədər 160-dan çox yük maşını və 5 təyyarə göndərib və göndərilməkdə davam edir”. Qeyd edək ki, XX əsrin əvvəllərində ölkəmiz Anadoluya yardım fəaliyyətini “Qardaş köməyi” devizi altında həyata keçirdiyi üçün sözü gedən platforma da belə adlandırılıb. Onu da bildirək ki, Kahramanmaraşın mərkəzində yerləşən Azərbaycan bulvarı bu şəhərin ən çox dağıntıya məruz qalan ərazilərdən biridir.
© “Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 41 d. əvvəl
-
-
56 d. əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
3 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?























