“Unicapital” şirkəti mükafata layiq görülüb
“Unicapital İ.Ş.” ASC “Fintex Summit 2023” də “ƏSAS TƏRƏFDAŞ” nominasiyası üzrə mükafata layiq görüldü(®) 13-14 iyun 2023-cü il tarixlərində “Unicapital İnvestisiya Şirkəti” ASC Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyasının, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” mövzusunda keçirilən iki günlük “Fintex Summit 2023” adlı sammitdə tədbirin əsas tərəfdaşı qismində iştirak edib.
Sammit iştirakçılarının böyük maraq göstərdiyi “Unicapital”ın stendində əməkdaşlar tədbir iştirakçılarına və qonaqlara şirkət və xidmətləri haqda ətraflı məlumat təqdim edib.
Müxtəlif panellər üzrə davam edən tədbirdə “Unicapital İ.Ş.” ASC-nin Baş Direktoru Vüqar Namazov öz çıxışı zamanı, investisiya xidmətləri ilə ödəniş sistemlərinin və mobil bankçılıq məhsullarının inteqrasiyasının önəmliliyi və bu istiqamətdə “Unicapital İ.Ş.”-nin təqdim etdiyi həllər, rəqəmsal mühitdə yaranan risklərin idarə edilməsi, şirkətin son illərdə investisiya sahəsinə verdiyi əvəzsiz töhfələr və yeni rəqəmsal həllərlə yerli və xarici maliyyə bazarlarına əlçatanlığın təmin edilməsi haqda məsələlərə toxunub.
Tədbirin sonunda “Unicapital İ.Ş.” ASC sammitdə iştirakı və dəstəyinə görə “ƏSAS TƏRƏFDAŞ” nominasiyası üzrə mükafata layiq görülüb.
Maliyyə sektorunda rəqəmsallaşmada yeni trendlər, innovativ həllər və maliyyə texnologiyalarının əsas müzakirə predmeti olduğu sammit, maliyyə-iqtisadiyyat sahəsinin müxtəlif sektorlarının rəhbər, rəsmi nümayəndə və səlahiyyətli şəxslərinin iştirakı ilə baş tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






