MG Türkiyənin elektrik avtomobil bazarında birinci yeri tutub
Böyük Britaniyada yaranmış MG həm iyul, həm də 7 aylıq satış rəqəmləri ilə Türkiyənin elektrik avtomobil bazarında birinci yeri tutub.
Marja.az xəbər verir ki, "MG Türkiyə" şirkəti (Doğan Trend Otomobil Markaları) 2023-cü ilin iyul ayında 758 ədəd, 7 ayı ərzində isə 1697 ədəd elektrik avtomobil satıb. 7 aylıq dövrdə satılan hər 3 avtomobildən biri (%33,31) elektriklə işləyən avtomobil olub.
Şirkətin baş direktorunun müavini Tibet Soysal, 2023-cü ilin ilk 7 ayında təchizat problemlərini aradan qaldırdıqlarını və keçən ilin cəmindən 3 dəfə çox avtomobil satdıqlarını söyləyib.
Soysal, “İlin 7 aylıq dövründə cəmi 5 min 94 ədəd satışa çatdıq. MG brendi olaraq biz elektrik avtomobillərində bir çox ilklərə imza atmışıq və bazarın pioneri olmağı bacarmışıq. İyul ayında biz nailiyyətlərimizə elektrikli avtomobil bazarında liderliyi əlavə etməkdən qürur duyuruq. Türkiyə daxilində diler investisiyalarımız davam edir",- deyib.
"İlk 7 aylıq dövrdə elektrik avtomobil satışlarımızda MG4 modeli 968 ədədlə birinci, MG ZS EV modeli isə 724 ədədlə ikinci olub. Avqust ayında Marvel R modelinin satışına başlamaqla elektrikli avtomobil bazarında iddiamızı daha da artıracağıq",- Tibet Soysal bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























