ABB mobile ilə cəmi 19 AZN ödəməklə könüllü avtomobil sığortası!
(®) ABB mobile tətbiqində istifadəçilər üçün daha bir yenilik təqdim olunub. Artıq «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da tətbiqdə aktivdir. Könüllü avtomobil sığortası məhsullarını ABB mobile üzərindən indi sərfəli şərtlərlə, hər bir məhsul üzrə illik 19 AZN ödəməklə əldə etmək olar.
Siz öz avtomobilinizə dəymiş 5 000 AZN-dən yuxarı zərərə görə «Avto+» könüllü sığorta məhsulunu əldə etməklə əlavə 5 000 AZN-ə qədər sığorta ödənişi ala bilərsiniz.
İcbari sığorta ilə sizin digər sürücüyə vurduğunuz zərər maksimum 5 000 AZN-ə qədər qarşılandığı halda, siz həmçinin “Avto Extra” könüllü sığorta məhsulunu əldə etməklə 5 000 AZN-dən yuxarı olan zərər üçün əlavə 5 000 AZN-dək sığorta ödənişi almaq imkanı qazanırsınız.
Beləliklə, bu məhsullarla müştəri qəza nəticəsində həm başqasının avtomobilinə vurduğu, həm də öz avtomobilinə dəymiş zərərə görə sığorta ödənişinin məbləğini ABB-nin partnyoru olan «Atəşgah» Sığorta ilə 5 000 AZN-dən 10 000 AZN-ə qədər artırmış olur.
ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
21 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























