Güzəştli mənzillərin növbəti seçimi qısa müddətdə başa çatdı
Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 16.12.2023-cü il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə başa çatmışdır.
Bu barədə Agentliyin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir.
Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirmişdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.
Qeyd edək ki, 16.12.2023-cü il tarixində seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat sonra
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
-
31 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp-yə yeni vitse-prezident təyin olundu
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək
Ford 4 milyon 380 min avtomobili geri çağırır
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
ABB-dən 100 milyon manatlıq istiqraz




















