Sorğu Harrisin Trampdan öndə olduğunu göstərib
ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, Reuters və Ipsos-un son bir həftədə apardığı sorğu, Demokratlar Partiyasının namizədi Kamala Harrisin öndə olduğunu göstərib.
Sorğunun nəticələrinə görə, Harris ölkə üzrə səslərin 45 faizinə çatıb, rəqibi Donald Tramp isə 41 faizdə qalıb.
İyul ayında aparılan sorğuda Trampla təxminən eyni səviyyədə səsə sahib olan Harrisin, bu dövrdə xüsusilə qadınlar və Latın Amerikalı seçicilər arasında dəstəyini artırdığı qeyd edilib.
Müvafiq olaraq, Harris qadınlar və Latın Amerikası seçiciləri arasında Trampı 13 bənd qabaqlayaraq 49 faiz dəstək əldə edib.
Qeyd olunub ki, Trampın ağdərili amerikalılar və kişi seçicilər arasında dəstəyi Harrisi qabaqlayır.
Tramp kritik ştatlarda irəlidədir
Eyni sorğuya görə, Harris ölkə üzrə öndə olsa da, seçkilərin taleyini həll edə biləcək 7 kritik ştatda Trampın Harrisi orta hesabla 2 bənd qabaqladığı müəyyən edilib.
Tramp Arizona, Corciya, Viskonsin, Miçiqan, Pensilvaniya, Nevada və Şimali Karolina ştatlarında seçkini az fərqlə öndə başa vura bilər.
Müntəzəm olaraq seçki sorğuları dərc edən Real Clear Politics (RCP) xəbər platformasındakı sorğulara görə, Tramp Arizona, Nevada, Corciya, Pensilvaniya və Şimali Karolina. ştatlarında 1 faizdən az fərqlə irəlidə görünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
3 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
4 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
4 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib























