Neft, Trampın sanksiyalarından sonra daha da ucuzlaşdı
Neft, ABŞ Prezidenti Donald Trampın qlobal iqtisadiyyat və ticarət üçün risklər yaradan sanksiyaları və tariflərin ilk raundunu tətbiq etməsi ilə ucuzlaşır.ABŞ prezidenti Donald Trampın Kolumbiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra neftin qiyməti aşağı düşüb.
Marja.az xəbər verir ki, 1 barel Brent neftinin qiyməti 78 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 08:45-də Brent nefti 0,7% ucuzlaşma ilə 77,95 dollardan ticarət olunub.
ABŞ xam nefti 74 dollara yaxınlaşıb.
ABŞ, deportasiya olunmuş immiqrantları daşıyan hərbi təyyarələrin enişinə icazə vermədiyi üçün Kolumbiyaya tariflər və sanksiyalar tətbiq edib. Həmçinin ABŞ administrasiyası Kanada və Çin də daxil olmaqla bir sıra digər ölkələrdən mal idxalına qarşı tədbirlər görəcəyi ilə hədələyib.
Xam neft bu il ABŞ-ın Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra bahalaşmşdı. Asiyada bəzi emalçılar Rusiya neftinə alternativ mənbələr axtarmağa başlayıblar. ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyini ( OPEC) qiymətləri aşağı salmağa çağırdığından, ötən həftədən Brent nefti ucuzlaşmağa başlayıb. Tramp hesab edir ki, neftin ucuzlaşması Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya potensial təzyiqdir.
Həmçinin Donald Tramp ABŞ-ın daha çox neft hasil etməsinə icazə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
54 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)






