Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb

AzVak-mobil_resmin_ustu_31
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çex iş adamları Mixal Strnad və Pavel Tıkaç İtaliyanın təkər istehsalçısı “Pirelli”də Çinin “Sinochem” şirkətinə məxsus səhmlərin bir hissəsini almaq üçün təşəbbüslərə başlayıblar.

Marja xəbər verir i, İtaliya mətbuatında yer alan məlumata görə, iki investor “Sinochem”in şirkətdəki 34,1 faizlik payının 10%-dən 20%-dək olan hissəsini əldə etmək istəyir.

Danışıqların hələ ilkin mərhələdə olduğu, tərəflər arasında şirkətin qiymətləndirilməsi ilə bağlı fikir ayrılıqlarının isə müzakirələr qarşısında əsas maneələrdən biri sayıldığı bildirilir. Məlumdur ki, “Sinochem”in əvvəlki dövrlərdə də oxşar satış təşəbbüslərində yüksək qiymət gözləntisi səbəbindən razılıq əldə olunmayıb.

İtaliya hökumətinin bu ilin əvvəlində tətbiq etdiyi “qızıl səhm” səlahiyyətləri ilə “Pirelli”nin ən böyük səhmdarı olan Pekində yerləşən “Sinochem” şirkətinin üzərində təzyiq artmışdır. İtaliya hökuməti “Pirelli”ni strateji baxımdan kritik şirkət hesab edərək “Sinochem”in direktorlar şurası üzərində təsirini məhdudlaşdırmışdır.

Çinli səhmdarın sahiblik strukturunun “Pirelli”nin xüsusilə ABŞ bazarında genişlənmə planlarını çətinləşdirdiyi məlumdur. Vaşinqton administrasiyasının avtomobil sektorunda Çin texnologiyalarına yönəlmiş məhdudiyyətləri “Pirelli”nin strateji hədəflərinə xələl gətirir.

03.07.2026 19:31
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19