
Agentlik: Artıq “Speedtest”lər internetin sürətini doğru göstərir
İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir..jpg)
Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mart ayından ölkədə internet telekommunikasiya xidməti göstərən operator və provayderlər tərəfindən quraşdırılmış “Ookla” şirkətinin “Speedtest” serverlərinin performans və əməliyyat göstəricilərinin qiymətləndirilməsinə başlayıb.
Hazırda mövcud olan 38 serverdə aşkarlanmış nöqsanlar operator və provayderlərə təqdim olunub. Bu çatışmazlıqların aradan qaldırılması üçün təlimlər və müzakirələr keçirilib.
Bəzi “Speedtest” serverlərində performans və əməliyyat göstəricilərinin çatışmazlıqları aşkarlanıb, məsələn, şəbəkəyə bağlantı sürətinin, operativ yaddaş tutumunun çox aşağı olduğu, server proqram təminatının köhnə olduğu, SSL sertifikatlarının yenilənmədiyi hallar olub.
Qeyd olunan hallar abunəçilər tərəfindən internet sürətinin ölçmələri zamanı reallığı əks etdirməyən ölçmə nəticələrinə səbəb olurdu.
Qısa müddət ərzində tənzimləyici qurumun dəstəyi və profilaktik tədbirlər vasitəsilə performans və əməliyyat göstəricilərinin aradan qaldırılmasına nail olunub.
Tənzimləyici qurum tərəfindən sözügedən istiqamətdə tədbirlər davam etdirilir. Aşkar edilmiş boşluq və çatışmazlıqların aradan qaldırılması üçün operator və provayderlərlə birgə addımlar atılır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
2 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
3 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
8 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
8 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
8 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
