Expressbankın İdarə Heyətinə - YENİ TƏYİNAT
“Expressbank ASC”də yeni təyinat baş tutub.
Bankdan MArja-ya verilən məlumata görə, Fuad Kamal oğlu Məmmədli Bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
Fuad Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddət ərzində bank sektorunda bir sıra məsul vəzifələrdə çalışaraq maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl “Unibank”da Baş Maliyyə İnzibatçısının müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2017–2020-cü illər ərzində Expressbankda Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.
Fuad Məmmədli ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə tamamlayıb.
Yeni təyinatın Expressbankın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)





