İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
"İrşad" şirkəti "Top 100" vergi ödəyicisi siyahısında. 2025-ci ildə şirkət tərəfindən ödənilən vergi məbləği 10,6 milyon manat təşkil edib.İrşad 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında yer alaraq Top 100 vergi ödəyicisi siyahısına daxil olub.
Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf və iqtisadi aktivlik trendini davam etdirdiyini bir daha təsdiqləyib. 2025-ci ildə İrşad tərəfindən ödənilən vergi məbləği 10,6 milyon manat təşkil edib.
Qeyd edək ki, şirkət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən açıqlanan “2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla)” siyahısında yer alıb.
Xatırladaq ki, İrşad 2024-cü ildə elektronika mağazaları şəbəkələri arasında ən çox vergi ödəyən şirkət olaraq fərqlənmiş və dövlət büdcəsinə əhəmiyyətli töhfə vermişdi. 2025-ci ildə də bu istiqamətdə mövqeyini qoruyan şirkət, ölkə iqtisadiyyatına verdiyi davamlı dəstək və şəffaf fəaliyyət prinsipləri ilə diqqət çəkməyə davam edir.
Vergi ödəyiciləri ilə bağlı bu cür siyahıların açıqlanması biznes mühitində şəffaflığın artırılması ilə yanaşı, özəl sektorun iqtisadiyyata verdiyi töhfənin daha aydın şəkildə qiymətləndirilməsinə imkan yaradır. İrşad da bu prosesdə fəal iştirak edən şirkətlərdən biri olaraq, sosial məsuliyyətli biznes yanaşmasını davam etdirir.
Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
15 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
19 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
23 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 30 d. əvvəl
-
33 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
36 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
37 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 41 d. əvvəl
- 47 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı



























