Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
"Onların artıq heç bir hərbi gücü qalmayıb. Sadəcə ‘təslim oluruq’ demələri kifayətdir. İran iqtisadiyyatı tamamilə çökmüş vəziyyətdədir”ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı tətbiq edilən dəniz blokadası nüvə razılaşması əldə olunana qədər davam edəcək. O, İranın artıq hərbi gücünün qalmadığını iddia edərək ölkənin təslim olmaq məcburiyyətində olduğunu deyib.
Tramp bildirib: “Blokada dahiyanə addımdır və yüz faiz işləyir. Onların artıq heç bir hərbi gücü qalmayıb. Təslim olmaq məcburiyyətindədirlər, edə biləcəkləri yeganə şey budur. Sadəcə ‘təslim oluruq’ demələri kifayətdir.”
Tramp bu açıqlamaları Artemis II missiyasının heyətini White House-da qəbul etdiyi görüş zamanı jurnalistlərin İranla bağlı suallarını cavablandırarkən verib.
ABŞ Prezidenti vurğulayıb ki, İranın nüvə silahına sahib olmayacağını təmin edən razılaşma istisna olmaqla, başqa heç bir variantı qəbul etməyəcəklər. O qeyd edib: “Onlar müəyyən irəliləyiş əldə ediblər, amma əsas sual bundan sonra kifayət qədər irəli gedib-getməyəcəkləridir.”
İran limanlarına tətbiq olunan dəniz blokadasının müddəti ilə bağlı suallara cavab verən Tramp bildirib ki, nüvə razılaşması əldə olunana qədər blokada davam edəcək.
Tramp əlavə edib: “Blokada dahiyanə addımdır və yüz faiz işləyir. Onların artıq heç bir hərbi gücü qalmayıb. Təslim olmaq məcburiyyətindədirlər. Sadəcə ‘təslim oluruq’ demələri kifayətdir. Onların iqtisadiyyatı tamamilə çökmüş vəziyyətdədir.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
13 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
29 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)
.jpg)






.jpg)









