5 şirkətin müşahidə şurası seçiləcək
“AZƏRBORU” ASC, “Baku Steel Construction” ASC, “Bakı Oksigen Kompani” ASC, “Azərtəkraqarametal” ASC, “Bakı Elektroştamp” ASC və “Bakelektroqaynaq” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
1. “AZƏRBORU” ASC səhmdarlarının nəzərinə!
“AZƏRBORU” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il saat 17.00-da səhmdar cəmiyyətin Sumqayıt şəhəri, Sülh küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binasında keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. “AZƏRBORU” ASC-nin müşahidə şurasının (direktorlar şurasının) seçilməsi.
2. “AZƏRBORU” ASC-nin təftiş komissiyasının (müfəttişin) seçilməsi.
3. “AZƏRBORU” ASC-nin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Sumqayıt şəhəri, Sülh küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Səhmdar Cəmiyyətin Müşahidə Şurası
⸻
2. “Baku Steel Construction” ASC səhmdarlarının nəzərinə!
“Baku Steel Construction” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il saat 15.00-da Bakı şəhəri, Binəqədi şossesi, 53 nömrəli ünvanda yerləşən səhmdar cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. “Baku Steel Construction” ASC-nin müşahidə şurasının (direktorlar şurasının) seçilməsi.
2. “Baku Steel Construction” ASC-nin təftiş komissiyasının (müfəttişin) seçilməsi.
3. “Baku Steel Construction” ASC-nin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək, “Baku Steel Construction” ASC-nin Bakı şəhəri, Binəqədi şossesi, 53 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
“Baku Steel Construction” ASC-nin Direktorlar şurası
⸻
3. “Bakı Oksigen Kompani” ASC səhmdarlarının nəzərinə!
“Bakı Oksigen Kompani” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 30 iyun 2026-cı il saat 10.00-da Bakı şəhəri, Sabunçu rayonu Zabrat STQ, Babək (Zabrat 1 qəsəbəsi) 55 nömrəli ünvanda yerləşən səhmdar cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. “Bakı Oksigen Kompani” ASC-nin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu Zabrat STQ, Babək (Zabrat 1 qəsəbəsi) 55 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
“Bakı Oksigen Kompani” ASC-nin İcra orqanı
⸻
4. “Azərtəkraqarametal” ASC səhmdarlarının nəzərinə!
“Azərtəkraqarametal” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il saat 14.00-da Bakı şəhəri, Nərimanov rayonu, Cəmənzəminli küçəsi, 36 nömrəli ünvanda yerləşən səhmdar cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. “Azərtəkraqarametal” ASC-nin müşahidə şurasının (direktorlar şurasının) seçilməsi.
2. “Azərtəkraqarametal” ASC-nin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Cəmənzəminli küçəsi, 36 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
“Azərtəkraqarametal” ASC-nin Müşahidə şurası
⸻
5. “Bakı Elektroştamp” ASC səhmdarlarının nəzərinə!
“Bakı Elektroştamp” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 30 iyun 2026-cı il saat 9.00-da Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 7 nömrəli ünvanda yerləşən səhmdar cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. “Bakı Elektroştamp” ASC-nin müşahidə şurasının seçilməsi.
2. “Bakı Elektroştamp” ASC-nin təftiş komissiyasının (müfəttişin) seçilməsi.
3. “Bakı Elektroştamp” ASC-nin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, “Bakı Elektroştamp” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 7 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Səhmdar Cəmiyyətin Müşahidə şurası
⸻
6. “Bakelektroqaynaq” ASC səhmdarlarının nəzərinə!
“Bakelektroqaynaq” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 30 iyun 2026-cı il saat 11.00-da Bakı şəhəri, Nərimanov rayonu, Mir Cəlal küçəsi 15 nömrəli ünvanda yerləşən səhmdar cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. “Bakelektroqaynaq” ASC-nin müşahidə şurasının (direktorlar şurasının) seçilməsi.
2. “Bakelektroqaynaq” ASC-nin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək, “Bakelektroqaynaq” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Mir Cəlal küçəsi 15 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Səhmdar Cəmiyyətin Direktorlar şurası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
8 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 saat sonra
-
-
8 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
8 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
8 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
9 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
9 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb






















