970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə  layihə hazırlayır
Foto: Report
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Technip" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə birgə plastik tullantıları emal edərək 23 ton bioyağ istehsal etmək gücünə malik bioyanacaq müəssisəsinin inşası layihəsi üzərində işləyir.

Bu barədə "Technip Energies Baku"nun baş direktoru Canluka Florio İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil edilmiş Azərbaycanın investisiya perspektivlərinə həsr olunmuş forumda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün əsas diqqət hələ də ənənəvi neft-qaz bazarına yönəlib, lakin inkişaf istiqaməti tədricən digər sektorlara, o cümlədən "yaşıl iqtisadiyyat" kimi də tanınan dairəvi iqtisadiyyata doğru dəyişir.

"Nümunə kimi, "Technip" olaraq SOCAR və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə birlikdə hazırladığımız "Green Project" layihəsini göstərə bilərəm. Bu layihə plastik tullantılardan 23 ton bioyağ istehsal etmək gücünə malik bioyanacaq müəssisəsinin yaradılmasına yönəlib. Bu, bazarın və eləcə də Azərbaycanın ənənəvi sektordan daha dayanıqlı və alternativ istiqamətlərə keçid etməyə necə can atdığının daha bir təsdiqidir. Belə diversifikasiya isə həqiqətən də böyük əhəmiyyət kəsb edir, elə deyilmi?", - o bildirib.

C.Florionun sözlərinə görə, Mərkəzi Asiya regionuna maraq durmadan artır.

"Region əhəmiyyətli potensiala malikdir, enerji resurslarına sahibdir, strateji cəhətdən əlverişli coğrafi mövqedə yerləşir və artıq formalaşmış sənaye infrastrukturuna malikdir. O, sıfırdan başlamır. Qeyd edərdim ki, ölkəyə təkcə investorlar deyil, həm də maliyyə institutları, xüsusən də dövlət maliyyə təşkilatları getdikcə daha çox diqqət yetirir. Elə bir neçə həftə əvvəl İtaliyanın ixrac kreditləri agentliyi olan SACE Azərbaycan Biznesinin İnkişafı Fondu ilə qarşılıqlı əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb. Bu sazişin məqsədi birbaşa neft-qaz sahəsi ilə bağlı olmayan, kiçik və orta biznesə, eləcə də yerli istehsalın inkişafına yönəlmiş layihələri dəstəkləmək üçün maliyyə bazası formalaşdırmaqdır. Bu həmçinin, ölkəyə həm ənənəvi sahələrdə - neft-qaz və neft-kimya, həm də bərpa olunan energetika və enerji təhlükəsizliyi sahəsində layihələrin həyata keçirilməsində kömək göstərməyə hazır olmağın nümayişidir. Və bu təkcə investorların deyil, həm də maliyyə strukturlarının artan marağının əyani sübutudur", - "Technip Energies Baku"nun baş direktoru əlavə edib.

İş elanları AzVak.az-da

© "Report"

16.06.2026 17:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19