970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

500 mindən çox sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
500 mindən çox sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
iç səhifə xəbər şəkil altı (mobil)_32

Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.

Reklam_3_11

Deputat deyib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var:

“Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahat lazımdır. Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmir. Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərinə tam çıxışı olmur, evinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edəndə vərəsəlik hüququ avtomatik tanınmır, övladına qanuni yolla keçirə bilmir.

Boşanma zamanı mənzilə hüquqi iddia irəli sürə bilmir. Sənədsiz evlər bu gün dəyərindən 20-30 faiz ucuz satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Yəni, vətəndaş öz evini kapitala çevirib kiçik biznes qura bilmir. Başa düşürəm ki, bu çox mürəkkəb məsələdir, məsuliyyəti ağırdır. Riskli tərəfləri çoxdur. Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə İmar Barış proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3%-i miqdarda ilkin rüsum ödəməklə çıxarış aldı. Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat həcmində əlavə və davamlı dəyər qata bilər. Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün – şəhərsalma və memarlıq ilində - amnistiya elan edilsin. Bununla bağlı xüsusi proqram qəbul edilsin. Bu məsələ mərhələli formada həll edilsin”.

İş elanları AzVak.az-da

© APA

19.06.2026 11:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19