1 manata alınıb, Ağdaşdan Rusiyaya göndərilir

Hazırda Ağdaş rayonunun fərdi təsərrüfatlarında xurma yığımının qızğın çağıdır. İnsan orqanizmi üçün xeyirli sayılan bu meyvə iş adamları tərəfindən kənd sakinlərindən münasib qiymətə alınaraq qablaşdırılır və Rusiyaya ixrac edilir.
Rayonun 580 hektardan çox bar verən xurma bağlarından bu il 150-170 sentner məhsuldarlıq gözləyən təsərrüfat sahibləri alıcı sarıdan korluq çəkmirlər. Bağbanlar məhsulu elə yerindəcə, yəni, meyvə bağlarında müştərilərə satırlar.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, Ağdaşda aqrar sektorun mühüm sahələrindən olan meyvəçiliyə maraq ilbəil artır. Hazırda rayonda 2597 hektar meyvə bağı mövcuddur ki, bunun da 1647 hektarı bar verəndir. Müxtəlif kəndlərin ərazisindəki bar verən 580 hektardan yuxarı xurma bağları isə torpaq mülkiyyətçilərinin əsl dolanışıq mənbəyidir. Yaz-yay aylarında hər bir ağacın nazı ilə oynayan, onlara yüksək aqrotexniki qulluq göstərən ağdaşlı fermerlər çəkdikləri əziyyətin bəhrəsini payızda artıqlaması ilə görürlər. Yaxşı qulluq görən hər bir yetkin xurma ağacı 150 kiloqrama qədər məhsul verir. Hər il məhsuldarlığın 150-170 sentner olması bu sahəyə marağı daha da artırır.
Rayonun Dəhnəxəlil kəndində də xurma bağlarına bərəkət və çörək ağacı kimi baxırlar. Bu da səbəbsiz deyil. Axı zəhmət adamları illik ruzilərinin tam əksəriyyətini bu meyvənin satışından qazanırlar.
Dəhnəxəlil kənd icra nümayəndəsi Camal Nəbiyev bildirib ki, Dəhnəxəlil kəndi rayonun əsas meyvəçilik bazasıdır. Burada əhalinin əsas məşğuliyyəti meyvə bağlarının salınması, meyvə satışı və heyvandarlıqdır.
“Kəndimizin cəmi 550 hektar torpaq sahəsi var. Bunun 140 hektarı meyvə bağlarıdır. Meyvəçilikdə əsasən xurma, şaftalı və gilas ağacları çoxluq təşkil edir. Keçən il kəndimizin ərazisində 10 min tona yaxın xurma məhsulu yığılmışdı. Bu da əhalimizin gəlirinin demək olar ki, 90 faizini təşkil edib. Əhalinin dolanışığı demək olar ki, çox yaxşıdır. Kəndimizdə meyvəçiliklə bağlı yeganə problem soyuducu kameralarımızın olmamasıdır. Soyuducu anbar olarsa, əhali meyvəni uzun müddət saxlayar, daha yaxşı qiymətə satar və dolanışığı da yaxşılaşar. Bizim əsas bazarımız Rusiyadır. Rusiya bazarında da vəziyyət yaxşıdır. Rayonda xurmanın bir kiloqramı 80 qəpik - 1 manatdır, bu isə yaxşı qiymətdir”.
Uzun illərdir ailəsinin dolanışığını xurma bağlarından əldə etdiyi gəlirlə təmin edən fermerlərdən biri də Rizvan Qasımovdur. O, 1,5 hektarlıq bağında digər ağaclarla yanaşı, xurma da yetişdirir. Heç bir vasitəçi olmadan özü həm daxili, həm də xarici bazara çıxarır.
“Bol məhsulumuz var. Allaha şükür, yığdığımız məhsulları əsasən Rusiya bazarlarına ixrac edirik. Ailəmizin dolanışığı bu meyvədəndir. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarıq. Meyvəmizi rahatlıqla aparıb Rusiya bazarlarında satırıq. İstərdik, xurma məhsullarımızı Avropa ölkələrinə də çıxara bilək”.
Rizvan Qasımovun sözlərinə görə hazırda fermerin bağ sahəsində 10 nəfər çalışır. Onların hər biri gün ərzində 500-600 kq məhsul yığaraq qablaşdır:
“Bu il 15 tona yaxın məhsulum var. Hazırda şişburun xurmalar satılır. Bir neçə gündən sonra yumru xurmaları ağacdan yığmağa başlayacağam”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 54 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
4 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
4 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
5 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
