Sərxan Həşimov “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib
“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.
“Microsoft Azərbaycan”dan "Marja"ya daxil olan məlumata görə, Sərxan Həşimov korporasiyanın biznesinin Türkmənistan və Tacikistanda inkişafı məsuliyyətini də üzərinə götürüb.
Sərxanın əsas vəzifələri “Microsoft”un biznesinin Türkmənistan və Tacikistanda inkişafı, o cümlədən bulud texnologiyaları sahəsində, əsas tərəfdaşlar və sifarişçilərlə işgüzar əlaqələrin qorunub saxlanması, həmçinin dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişafı və nümayəndəliyin komandasına rəhbərlik etməsindən ibarətdir.
“Türkmənistan və Tacikistan bazarları bizim şirkətin bulud və mobil texnologiyaları, platforma həlləri və birgə iş üzrə vəsaitlər kimi prioritet istiqamətlərini uğurlu inkişaf etdirməsi üçün lazımi xüsusiyyətlərə malikdirlər. Əminəm ki, missiyamızı icra edərək – insanlara və təşkilatlara daha çox nailiyyət qazanmaqda yardım göstərərək biz ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına öz töhfəmizi verə biləcəyik”, - deyə Sərxan Həşimov bildirib.
İKT sahəsində 13 il bundan öncə əmək fəaliyyətinə başlayan Sərxan Həşimov HP, “Oracle” və SAP kimi beynəlxalq şirkətlərdə çalışaraq karyera qurmağı bacarıb. O, iki il ərzində “Oracle” şirkətinin ən uğurlu əməkdaşlarından biri olub, SAP şirkətində isə o, 2015-ci ilin nəticələrinə əsasən, dünyanın ən yaxşı işçilərdən biri seçilib. Sərxan Həşimov irimiqyaslı layihələrin idarə edilməsi, konsaltinq xidmətlərinin təqdim olunması və biznesin inkişafı sahələrində geniş təcrübəyə, eyni zamanda, bulud texnologiyaları, mobil tətbiqlər və şirkətin resurslarının idarə edilməsi (ERP) sahələrində geniş biliyə malikdir.
Sərxan Həşimov evlidir, 9 yaşında bir oğlu var, asudə vaxtlarında peşəkar səviyyədə şahmatla məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







