“Mastercard”dan “Muğanbank” qərarı
“Mastercard” beynəlxalq ödəniş sistemi Azərbaycanın “Muğanbank” ASC-nin üzv qəbul olunması barədə qərar verib.
“Muğanbank” ASC, 12 mart 2018-ci il tarixindən “Mastercard” beynəlxalq ödəniş sisteminə tamhüquqlu üzv olub. Bu barədə Bankın yaydığı məlumatda deyilir.
“Muğanbank” ASC“ 2004-cü ildən “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir və “Maestro”, “MC Debit”, “MC Standard”, “MC Gold”, “MC Platinum” və “MC Business” kartlarını müştərilərinə təqdim edir.
Bundan əlavə, “Muğanbank” ASC tezliklə yeni “Mastercard-World Elite” kartını müştərilərinə təqdim edəcəkdir.
"Bankın “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlığı Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların dəstəklənməsinə yönəlib.
“Muğanbank” ASC-nin “Mastercard” kartlarının sahibləri ölkə daxili və xaricdə limitsiz olaraq nağd və nağdsiz ödənişləri rahat şəkildə həyata keçirməklə yanaşı “Mastercard” sahibləri üçün nəzərdə tutulmuş xüsusi imtiyazlardan istifadə edə bilərlər",- Bankın yaydığı məlumada deyilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























