“Sen İnşaat”da tələblər kobud şəkildə pozulub - 3 NƏFƏR HƏBS EDİLDİ
Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi hallarına yol verilir. Bu qəbildən olan qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində prokurorluq orqanları tərəfindən kəsərli mübarizə tədbirləri həyata keçirilir. Cari il iyulun 26-da Abşeron rayonu ərazisində fəaliyyət göstərən “Sen İnşaat” MMC-də fəhlə işləyən Ağaməli Qurbanovun müəssisənin həyətyanı sahəsində yük avtomobilinin yanacaq çənində qaynaq apararkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, üzərlərinə təhlükəsiz əmək şəraitinin təmin edilməsi, işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təlimatlandırılması vəzifələri qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulması nəticəsində fəhlə kimi işə qəbul olunmuş Ağaməli Qurbanova qanunsuz olaraq vəzifə təlimatlarında göstərilməyən metal kəsici və digər vəzifələrin icrası tapşırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, iş üzrə direktor Emin Məsimov, texniki təhlükəsizlik üzrə mühəndis Paşa Rəhimov və sex rəisi Cavanşir Kərimov Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin müəssisədə insan ölümü ilə nəticələnmiş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının kobud şəkildə pozulması yeganə hal olmayıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Belə ki, 6 iyun 2017-ci il tarixdə Ağsu rayon sakini Samir Hümmətov əmək müqaviləsi, eləcə də müvafiq əmrlə “Sen İnşaat” MMC-yə qablaşdırıcı-dəzgahçı peşəsinə təyin edilməsinə baxmayaraq, dəzgahçı peşəsi üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair müvafiq təlimatlandırma keçmədən, iş səriştəsi yoxlanılmadan müəssisədə sex rəisi vəzifəsində işləmiş Sübhan Namazov tərəfindən həmin peşənin icrasına buraxılıb və nəticədə iş prosesi zamanı qadağan edilmiş zonaya keçib dəzgahın vallarından sürətlə çıxan qaynar polad məmulatın boğazına batması nəticəsində hadisə yerində ölüb.
Həmin faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb, Sübhan Namazov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və Abşeron rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmü ilə barəsində müvafiq ittiham hökmü çıxarılıb.
Baş Prokurorluq bildirir ki, insanların həyat və sağlamlıqlarının qorunması, gələcəkdə baş verə biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və təkrarlanmaması məqsədi ilə “Sen İnşaat” MMC-nin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, metaləritmə işlərinin aparılmasına dair müvafiq icazənin verilib-verilməməsi, eləcə də baş vermiş hadisənin səbəblərinin mütəxəsisslər tərəfindən araşdırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
6 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb



















