Baytarlıq Xidmətindən 100-ə yaxın heyvanın ölməsinə münasibət
Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə müraciət edib.
Müraciətdə bildirilir ki, iribuynuzlu heyvanlarda (inək, camış və zebularda) ağır və iti formada gedən qan-parazitar xəstəliklərini törədən parazitotropa (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) qarşı çimizdirilmə tədbirinin aparılması vacibdir. Burada əsas məqsəd piroplazmoz üçlük (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji “zənciri” qırmaqdan ibarətdir. Bunun üçün heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi çiləyici qurğular vasitəsilə çimizdirilməlidir. Həmçinin xatırladaq ki, profilaktik məqsədlə aparılan bütün baytarlıq tədbirləri baytar həkiminin təyinatı və iştirakı ilə həyata keçirilməlidir.
"Qeyd olunan tələblər gözlənilmədiyinə görə bu günlərdə Astara rayonunu Şüvü kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus təsərrüfatda 78 baş iribuynuzlu heyvanın tələfatı qeydə alınıb.
Hadisə ilə bağlı Dövlət Baytarlıq Xidməti bildirir ki, məlumat daxil olan kimi əraziyə baytarlıq mütəxəssisləri ezam edilib və ardıcıl müalicə tədbirləri aparılıb. Aparılan araşdırma zamanı sahibkarın verdiyi məlumata görə 20 avqust 2018-ci il tarixində Astara şəhərində yerləşən İmamverdi Rəciyevə məxsus baytarlıq aptekindən 1 litr 60 %-li İordaniya istehsalı olan diasidol baytarlıq preparatı alaraq 1 ton su ilə qarışdırıb və əlavə olaraq özündə olan 11,5%-li 2 litr Rusiya istehsalı olan kriolin əlavə edib. Həmin gün saat 11-12 radələrində təsərrüfatda müxtəlif yaş qrupundan olan heyvanlarda baytarlıq mütəxəssislərinin iştirakı və göstərişi olmadan özbaşına çimizdirilmə aparılıb. Çimizdirmə meyvə bağlarında ağacların dərmanlanmasında istifadə olunan çiləyici qurğu ilə icra edilib və heyvanlar nəzarətisiz örüş sahəsinə buraxılıb.
Sahibkar tərəfindən həmin gün saat 16:00 radələrində heyvanlar arasında ölümün baş verməsi ilə əlaqədar Astara Rayon Baytarlıq İdarəsinə məlumat verilib. Baytarlıq mütəxəssisləri dərhal təsərrüfata gəlib və 25 baş heyvanda simtomatik müalicə aparıblar.
Həmçinin təsərrüfatda 78 baş iribuynuzlu heyvanın ölməsi müəyyən edilib, ölmüş heyvan cəsədləri baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş 3 baş iribuynuzlu heyvan cəsədindən patoloji material götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasına göndərilib".
Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinin diqqətinə çatdırır ki, təcrübələri olsa belə, baytarlıq mütəxəssislərinin iştirakı olmadan heyvanlarda özbaşına müalicə, peyvəndləmə və profilaktik, o cümlədən heyvanların çimizdirilməsi tədbirlərinin aparılması yol verilməzdir və bütünlükdə bu tədbirlər baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır. Əgər heyvalar arasında bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və Dövlət Baytarlıq Xidmətinin 562-76-13 saylı “Qaynar xətt”inə müraciət etsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
55 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
56 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir





















