"Qobustanda 1 yeşikdən 80 kq bal götürə bilirlər”
Azərbaycanın arıçılıq məhsulları bazarına xaricdə, xüsusən də ərəb ölkələrində çox böyük tələbat var.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycana gələn ərəblər də burada yerli bala çox böyük maraq göstərirlər:
“Bu gün Azərbaycanda öz məhsullarını xaricə, hətta Yaponiyaya belə ixrac edən arıçılar var. Bu gün arıçılar öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar. Nazirlik olaraq, bizim əsas işimiz təşviqatdır. Biz bu məhsulları təşviq edərək ölkəyə əlavə valyutanın gəlməsinə imkan yarada bilərik”.
V.Hüseynov deyib ki, hazırda Azərbaycana xarici ölkələrdən, xüsusilə Almaniyadan cins arı ailələri idxal edilir.
O, arı ailələrinin ölkəyə idxalının dövlət tərəfindən tənzimlənmədiyini, bu işin arıçıların özləri tərəfindən həyata keçirildiyini də nəzərə çatdırb:
“Azərbaycana xaricdən arı cinsləri gətirilsə də, sahibkarlar çox sayda arı ailələri gətirə bilmirlər. Çünki arı çox həssasdır, onun yerli şəraitlə uyğunlaşdırılması məsələsi var”.
Almaniyadan gətirilən arıların çox məhsuldar olduğunu nəzərə çatdıran V.Hüseynov qeyd edib ki, Azərbaycanda ən yaxşı arıçı bir arı yeşiyindən 15-20 kq bal götürə bilir. Almaniyada isə bir yeşikdən 50 kq-dan az bal götürüldükdə, bunu arıda, yaxud təbiətdə yaranan problemin nəticəsi hesab edirlər:
“Almaniyada arı yeşiklərinin yanında nektarı çox olan xaşa bitkisi əkilir. Qobustanda bu bitkini əkən bəzi arıçılar Almaniyadakı nəticəni əldə edərək 1 yeşikdən 80 kq bal götürə bilirlər”.
V.Hüseynov qeyd edib ki, Azərbaycanın özündə dünyada çox yaxşı tanınan - Qafqaz sortu olan yaxşı arı ailələri də var: “Genofondumuzu qorumaq üçün laboratoriya şəraitində həmin arı ailələrinin artırılması istiqamətində işlər görülməlidir. Nazirin göstərişi ilə bu sahədə işlər görüləcək”.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım














.jpg)






