"Göyçay balı qaratikana görə ən keyfiyyətli baldır"
On beş ildir ki, arıçılıqla məşğulam. Qədim Azərbaycan arıçılıq ənənələrini yaşatmaqla yanaşı, tam ekoloji təmiz bal istehsal edirəm. Bakıda keçirilən yarmarkaya 12 növ bal və arı məhsulları çıxarmışam. Bunlar bal, çiçək tozu, güləm, vərəmum, vərəmum cövhəri, ölü arı, ölü arının cövhəri, ekoloji təmiz, yəni arı toxuyan mum, balın qaymağı və digər arı məhsullarıdır.
Bu sözləri Göyçay rayon sakini, Bakıda keçirilən arıçılıq məhsulları yarmarkasının iştirakçısı Samir Muradov deyib.
Vərəmum sözü haqqında fikirlərini bölüşən arıçı bildirib ki, cənub bölgəsində bu arı məhsulu dərəmum adlanır: “Mən dərəmum sözünün tərəfdarıyam. Çünki “dərə” qapı deməkdir, yəni qapının mumu anlayışını verir. Vərəmum xalq arasında vərəm xəstəliyinə kömək edən cövhər kimi də tanınır”.
Samir Muradov qeyd edib ki, güləm min bir çiçəyin tozudur. Arılar onu öz ayağında gətirər və pətəklərdəki gözlüklərə doldurub üstünə bal töküb mumlayarlar. Qışda arılar həmin balı yeyir. Güləmi isə balla yoğurub balalarına yedizdirərlər. Güləm enerji mənbəyidir. Yüksək proteinli bal məhsuludur. Güləmin qidaya normal və dietik əlavə kimi tətbiq edilməsi öd ifrazını yaxşılaşdırır, mədə-bağırsağın iltihabını azaldır, yuxarı tənəffüs yollarının iltihabı, bronxit, bronxial astma və vərəm kimi xəstəliklərin profilaktikasında vitamin kimi qəbul olunur. Güləmi “arının çörəyi” də adlandırırlar. Ümumiyyətlə, Göyçay balı qaratikana görə ən keyfiyyətli baldır.
Onun sözlərinə görə, arıçılar təbiətsevər və səbirli olurlar. Qəzəbli, hirsli, aqressiv insan heç vaxt arıçı ola bilməz. Arılar belə insanı tez duyur və ona qarşı eyni davranır. Ona görə də arı ilə səbirli işləmək lazımdır.
"Yaşayış məntəqələrində arı saxlamağın tərəfdarı deyiləm"
Samir Muradov qədim arıçılıq ənənələrini yaşatmağın vacibliyini vurğulayaraq deyib: “Mən Azərbaycanda arıçılığın qədim ənənələrini, yəni arı ailələrini kötükdə, səbətdə və qayalar arasında saxlamaqla inkişaf etdirmək istəyirəm. Yaşayış məntəqələrində arı saxlamağın tərəfdarı deyiləm. Arılar kötük və səbətdə özlərini doğma evlərindəki kimi hiss edirlər. Buna görə də genetik və irsi olaraq beçəvermə zamanı meşədəki kötüklərin arasında yuva salmağa üstünlük verirlər. Məhz belə bir qədim Azərbaycan ənənəsini yaşatmaq istəyirəm”.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
9 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb


















