ACCA F3 (Financial Accounting) kursu - qeydiyyat başladı
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi ACCA F3 (Financial Accounting) kursuna qeydiyyat elan edir!
ACCA F3 (Financial Accounting) kursunda 460 AZN ödəməklə iştirak edin!
Bu kurs sizin maliyyə və mühasibat sahəsində biliklərinizi artırmağa və gələcəkdə istənilən böyük şirkətdə müvafiq bilik və bacarıqlardan istifadə edərək karyeranızı davam etdirmənizə kömək edəcək. Təlim başa çatdıqdan sonra, iştirakçılar ACCA-in rəsmi imtahanlarından uğurla keçərək yüksək dərəcəli beynəlxalq sertifikat əldə edə bilərlər.
Təlimin başlama tarixi: 08 aprel 2017-ci il Təlimin müddəti: 60 saat
Dərs günləri: Çərşənbə və şənbə günləri Vaxt: 1) Çərşənbə günləri: 19:00 – 21:30 2) Şənbə günləri: 15:00 – 17:30
Təlim mühasibat uçotu sahəsində çalışan mütəxəssislər, yeni mühasiblər və ya ümumiyyətlə bu sahədə biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. İngilis dilində təlimi bitirdikdən sonra kompyuter əsaslı imtahanda minimum 50% nəticə əldə edən namizədlər ACCA beynəlxalq sertifikatına yiyələnirlər.
Təlimin ümumi qiyməti – 460 AZN * Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
* * Sayı birdən çox olan eyni şirkət nümayəndələrinə korporativ endirimlər edilir.
Təlimin məqsədləri:
* İştirakçıları maliyyə məlumatlarının keyfiyyət göstəriciləri, o cümlədən, mühasibat uçotu, konsepsiyaları, qaydalar üzrə bilikləndirmək;
* İlkin balansın hazırlanmasını təqdim etmək;
* Kapital strukturu və maliyyə xərci;
* Maliyyə Hesabatlarının tərtib edilməsi;
* Maliyyə Hesabatlarının təhlilini izah etmək;
* İştirakçıların ACCA F3 imtahanından uğurla keçməsini təmin etmək.
Təlim 30 dərsdən ibarətdir. Dərslərin müddəti mövzudan asılı olaraq 2 və ya 2.5 saat təşkil edir. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Sonda təlimin nəticəsi olaraq iştirakçıların əldə etdikləri bilik və bacarıqları yoxlamaq üçün test təşkil olunacaq.
Təlim haqqında ətraflı məlumat əldə etmək və həmçinin qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz : http://cmtc.gov.az/az/acca-f3-maliyye-ucotu
Təlimçi haqqında məlumat: http://www.fmtc.az/az/telimciler/45
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın :
(+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 saat sonra
-
-
7 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)






.jpg)








