Müəllimə mürəbbə və cem biznesini böyüdüb
“ABAD”ın dəstəyilə 10 dəfə çox mürəbbə bişirir
“ABAD”ın dəstək verdiyi Balakən rayonunun Şambul kənd sakini Xanım Zurnayeva 21 ildir ki, kənd məktəbində müəllim işləyir. O, eyni zamanda, 15 ildir mürəbbə və cem istehsalı ilə də məşğul olur. Zurnayevlər ailəsi ev şəraitində kustar üsulla hazırladığı məhsulların bir hissəsini öz tələbatı üçün istifadə edir, qalanını isə yerli bazarda satışa çıxarırdı.
Xanım Zurnayeva mürəbbə və cem istehsalı üzrə ailə biznesini inkişaf etdirmək, böyük bazarlara, ticarət şəbəkələrinə çıxış əldə etmək üçün “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib. İstehsalçının müraciəti qurum tərəfindən müsbət qarşılanıb. Ailə artıq ikinci ildir ki, “ABAD”la əməkdaşlıq edir.
Balakənli istehsalçı deyib: “Balakəndə “ABAD” layihəsinin icra olunacağını eşidəndə çox sevindim. Mürəbbə və cem istehsalı sahəsində ailə biznesimizi genişləndirmək üçün rayonda fəaliyyətə başlayan “ABAD”ın regional mərkəzinə müraciət etdim. “ABAD” ailəmizi içərisində zəruri istehsal avadanlığı olan monoblok-konteynerlə təmin etdi. Əvvəllər ev şəraitində gündə 15-20 kiloqramdan artıq mürəbbə bişirə bilmirdim. Şəraitimiz buna imkan vermirdi. Bu gün isə “ABAD” mənə daha böyük həcmdə mürəbbə bişirməyə imkan verən avadanlıq təqdim edib. İndi işimiz xeyli asanlaşıb. Mövsüm vaxtı gündə 100-150 kiloqramadək mürəbbə və cem hazırlaya bilirik”.
“ABAD” Zurnayevlər ailəsi üçün “Meyvə bağı” mürəbbə brendi yaradıb. İlkin mərhələdə qarpız, qoz və armud mürəbbələri hazırlayan ailə gələcəkdə məhsulun çeşidini artırmaq niyyətindədir.
Balakənli “ABAD”çı deyib: “Mürəbbə və cemlərin hazırlanmasında təkcə öz bağımızdan deyil, həmçinin qohum-qonşudan, kənd camaatından aldığımız meyvələrdən də istifadə edirik. Heç bir qatqısız, tam təbii olan bu məhsullar özünəməxsus dadı ilə seçilir. Məhsullarımız müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından da keçib. Məhsulun satışından alınan vəsait birbaşa bank hesabımıza köçürülür. Məhsulların satışında, qablaşdırılmasında, daşınmasında, reklamında, dizayn işində “ABAD” bizə dəstək olur. Bizim üzərimizə düşən yeganə vəzifə isə bir “ABAD”çı kimi, yüksək keyfiyyətli məhsul istehsal etməkdir”.
Hazırladığı məhsulların Azərbaycan bazarında özünə yer tutacağına əminliyini bildirən Xanım Zurnayeva deyib: “Ailəmizlə birlikdə yeni-yeni mürəbbə çeşidləri hazırlacayağıq. İnanıram ki, bizim “Meyvə bağı” brendi altında təqdim olunan məhsullarımızın dadı dillər əzbəri olacaq”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
23 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
23 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















