11 milyard dollar qazancına baxmayaraq, mənfəət vergisi ödəməyib
Dünyanın ən varlı adamı Jeff Bezos tərəfindən qurulan və idarə olunan "Amazon"un, keçən il 11 milyard mənfəət əldə etməsinə baxmayaraq mənfəət vergisi ödəmədiyi ortaya çıxıb.
"Marja" xəbər verir ki, Amerikan Vergiqoyma və İqtisadi Siyasəti İnstitutu (ITEP) tərəfindən açıqlanan hesabata görə, dünyanın ən böyük elektron ticarət şirkəti "Amazon", iki il ardıcıl federal gəlir (mənfəət) vergisini ödəməyib.
Donald Trampın istehsal və məşğulluğu xarici ölkələrdən ABŞ-a transfer etmək üçün imzaladığı Vergi Güzəştləri və Məşğulluq (TCJA) qanununa görə, 35% olan vergi nisbəti 21%-ə endirilərək şirkətlərə ciddi bir vergi endirimi təmin edilmişdir.
Son rübdə 72.4 milyard dollar gəlir əldə edən və 2018-ci ildə 11.2 milyard dollar mənfəət açıqlayan "Amazon" 21% nisbətində vergini ödəməməyi bacararaq sıfır mənfəət vergisilə ili bağlayıb.
Yaxşı bu necə ola bilər?
"Yahoo"nun xəbərinə görə, Federal Vergi İdarəsinin (ITEP) direktoru Steve Wamhoff, "Tam olaraq nə etdiklərini bilmək çətindir. Rəsmi sənədlərdə vergi strategiyalarını açıqlamırlar. Vergi endirimləri qeyri-müəyyəndir. Bu səbəbdən şirkətin nədən faydalandığı naməlumdur" ifadələrini istifadə edib.
"Amazon", 2017-ci ildə açıqladığı 5.6 milyard dollarlıq mənfəətdən də heç vergi ödəməmişdi. Mütəxəssislər bu vəziyyətin yeni qanundakı boşluqlardan qaynaqlana biləcəyini qeyd edirlər.
"Amazon" verdiyi açıqlamada, həm ABŞ, həm də fəaliyyət göstərdiyi digər ölkələrdə ödənməsi lazım olan hər cür verginin ödəndiyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp isə ötən aylarda "Amazon" və qurucusu, dünyanın ən varlı adamı Cef Bezosu az vergi ödədiyinə görə sərt bir şəkildə tənqid etmişdi. Tramp, yeni vergi qanununda bütün xüsusi təşviqlərin ləğv ediləcəyini və boşluqların aradan qaldırılacağını açıqlamışdı.
Mütəxəssislər yalnız "Amazon"un deyil, "Netflix"in də federal vergini ödəmədiyini, nümunələrin artırıla biləcəyini qeyd edirlər.
22 trilyon dollar dövlət borcu ilə rekord qıran ABŞ-ın, vergi gəlirlərindəki azalma səbəbilə büdcə kəsirin artdığına da diqqət çəkilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 d. əvvəl
-
- 8 d. əvvəl
-
11 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Azərlotereya”da yeni təyinat
Azərbaycan neftinin son qiyməti
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Ən çox oxunanlar
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
























