İlham Əliyev Azərbaycanda şin zavodu tikəcək şirkətin prezidentilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.
"China National Electric Engineering" şirkətinin prezidenti Cao Huy aprelin 24-də Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə əlaqədar niyyət protokolunun imzalandığını bildirib.
Bundan əvvəl də ölkəmizdə müxtəlif sahələrə dair bir neçə layihəni həyata keçirdiklərini deyən Cao Huy Azərbaycandakı investisiya mühitindən, xarici sərmayədarlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğuladı və buna görə dövlətimizin başçısına təşəkkür edib.
Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının ölkəmizdə prioritet sahə olduğunu deyərək dünən müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənədin imzalandığını, bununla da Azərbaycanın sənaye sahəsinə çoxlu sərmayənin yatırılacağını bildirib. Sumqayıt Kimya Sənaye Parkında xüsusi vergi rejimlərinin tətbiq edildiyini, bunun isə xarici sərmayədarlar üçün daha cəlbedici olduğunu deyən dövlət başçısı "China National Electric Engineering" şirkətinin növbəti rezident kimi Kimya Sənaye Parkında öz müəssisəsini yaratmasını yüksək qiymətləndirib, bu müəssisənin Azərbaycanın ixrac imkanlarını artıracağını bildirib. Dövlət başçısı ölkəmizdə yaxşı sərmayə imkanlarının olduğunu, Dünya Bankının "Doing Business" hesabatına görə Azərbaycanın 32 pillə irəliləyərək dünyada ən çox islahat həyata keçirən 10 ölkə sırasında olduğunu vurğulayıb. Bununla da Azərbaycanın böyük tərəqqiyə nail olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə xarici sərmayələrin yüksək səviyyədə qorunduğunu, bunun xarici investorlar üçün ölkəmizin cəlbediciliyini artırdığını vurğulayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində "China Poly Group" Korporasiyasının sədri Su Nianşa ilə də görüşüb.
Korporasiyanın sədri Su Nianşa Dünya İqtisadi Forumu çərçivəsində Davosda Azərbaycan Prezidenti ilə görüşünü xatırlayaraq bu görüşün onda böyük təəssürat yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq qurduğunu və ölkəmizdə fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını söyləyib.
Prezident İlham Əliyev Azərbaycanda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib. Son illərdə turizm sektorunda böyük inkişafın və artımın müşahidə edildiyini deyən dövlət başçısı viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi sayəsində Çindən ölkəmizə turist axınının sürətləndiyini bildirib.
Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
SOCAR və Samsung E&A anlaşdı
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Ən çox oxunanlar
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib






















