Fransadan gəlib Şamaxıda ferma açdı - Foto
41 yaşlı Siril Kərim Rabbatli Fransadan Şamaxının Kələxana kəndinə pənah gətirib.
Kənd ərazisində şəxsi taxıl sahəsi, üzüm bağı, inək ferması olan Fransa vətəndaşı ona qarşı ögey münasibətin olmadığını deyir.
Rabbat Livanın Beyrut şəhərində doğulub. Azərbaycana gələn əcnəbi 7 il Bakıda yaşadıqdan sonra 2007-ci ildə Şamaxıya üz tutub. Rayon mərkəzindən 10 km aralıda, dağların arasında yerləşən Kəlaxanaya köç edən Siril ilk olaraq üzüm bağı salıb.
Fransa vətəndaşı deyir ki, sözügedən yeri üzümçülük məsqədilə alıb: “İki hektar əkmişik, sort yerli mədrəsə sortudur. Gələcəkdə artırmaq, artıq sahə götürmək fikrimiz var. Üzümçülük üçün dəstək var, ona görə mən qərar vermişəm ki, onu artırım”.
Çox vaxt üzüm bağına videokameralarla nəzarət edən fermer bildirir ki, məhsulun bol olması və tez yetişməsi üçün hər hansı kimyəvi üsullara əl atmır. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran Rabbatli bir neçə ildir arpa-buğda əkininə də start verib. Üzüm və taxıl sahələri kənddən bir qədər kənarda olsa da, inəklərini kəndin içində olan fermasında bəsləyir.
Kərimin həyat yoldaşı Tamilla Vəliyeva Bakıda doğulmasına baxmayaraq, kənd işlərində ərinə yardımçı olur: “Yoldaşımda həmişə bu arzu var idi. Fikirləşirdi ki, torpaqla işləsin, ferma saxlasın. İndi ferması var, işləyir. Onun çox xoşuna gəlir”.
Kərim Rabbatli digər xarici və yerli iş adamlarını da bu sahəyə yatırım etməyə çağırır: “Azərbaycan çox gözəl bir ölkə, azərbaycanlılar isə çox qonaqpərvərdirlər. Biz özümüzü burada çox rahat hiss edirik. Əgər mən 18 ildir Azərbaycanda yaşayıramsa demək hər şey yaxşıdır, yoxsa burada yaşamazdım. Həm yaşamaq, həm işləmək üçün bütün şərait var. Mən başlamışam 10 inəkdən, indi 25 inəyim var.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2008-ci ildə Azərbaycanda ailə quran Tamilla Vəliyeva ilə Siril Kərim Rabbatlinin 8 yaşlı, Selin adlı qızı, 5 yaşlı, Rəfael adlı oğlu var. Bir neçə il əvvəl kənd ərazisində tikili evlərin birini alan ailə gələcəkdə kəndin üst hissəsindəki üzüm bağının yanında da ev tikməyi planlaşdırır.
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"





















