Batumidə iğtişaşlar - azı 20 nəfər xəsarət alıb
Gürcüstanın Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 20 nəfər xəsarət alıb, onlardan 11-i polis əməkdaşı, biri isə deputatdır Gürcüstanın “Birinci kanalın”nın verdiyi xəbərə görə, bu barədə Acarıstan bölgəsinin səhiyyə naziri Zaal Mikeladze bildirib.
Yerli telekanalların məlumatına görə, xüsusi təyinatlılar Acarıstan Daxili işlər Baş İdarəsinin binasına daxil olmağa səy göstərən etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
“Respublika Xəstəxanasına 11 nəfər yerləşdirilib, onlardan 5-i polis əməkdaşıdır, üç nəfər qazdan zəhərlənmə simptomları ilə daxil olub. İki nəfər ambulator müalicəyə buraxılıb. Altı nəfərdə yüngül travmalar müəyyən edilib... Referal Klinikaya 10 pasiyent müraciət edib, onlardan 6-sı polisdir... Deputat İrakli Çeişvili başından ciddi xəsarət alıb. Onun sözlərinə görə, üzünə böyük daş dəyib”, - deyə Zaal Mikeladze “Birinci Kanal”ın efirində bildirib.
Məlumata görə, etirazçılar Acarıstan Daxili İşlər Baş İdarəsinin binası qarşısında üç polis avtomobilini yandırıblar.
“Rusitavi-2” telekanalı canlı efir vasitəsilə hadisə yerində baş verənləri işıqlandırır. Batuminin mərkəzində vəziyyət hazırda gərgin olaraq qalmaqdadır. Aksiya iştirakçıları polis maşınlarını daş-qalaq edir, ağaclara od vururlar, polis əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir.
Bu arada ölkə prezidenti Georgi Marqvelaşvili hamını sakitliyə çağıraraq, vəziyyətin daha da gərginləşməsinə yol verməməyə çağırıb.
Qeyd edək ki, Batumidə martın 11-də yol polisi əməkdaşı yol hərəkəti qaydalarını pozduğuna görə sürücünü cərimələyib. Bəzi KİV-lər polisin sürücünü nalayiq sözlərlə təhqir etdiyini iddia edirlər. İnsidentin şahidi olmuş yerli sakinlər sürücünü dəstəkləyərək polis əməkdaşlarına müqavimət göstəriblər. Polisə müqavimət göstərənlərdən 6 nəfər saxlanılsa da, sonradan DİN rəhbərinin göstərişi ilə sərbəst buraxılıblar. İnsidentdən sonra Acarıstan Daxili işlər Baş İdarəsinin binası qarşısında 1000-dək etirazçı toplaşaraq yol polisi rəisi Malxaz Batiaşvilinin istefaya göndərilməsini tələb ediblər. Etirazçılar, M.Batiaşvilinin yol polisi rəisi təyin olunduqdan sonra cərimələrin məbləğinin artırıldığını iddia edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
41 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
46 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















