Azercell ölkəmizdə bu uyğunluq sertifikatını alan ilk mobil operator oldu
Azercell ölkəmizdə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator oldu(®️) Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını əldə edərək yalnız rabitədə deyil, korporativ mədəniyyət sahəsində də öz birinciliyini nümayiş etdirmiş oldu. Sertifikatlaşdırılma auditi ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkəti tərəfindən keçirilmişdir.
ISO 37001:2016 standartları təşkilatlarda müxtəlif fəaliyyət istiqamətləri üzrə korrupsiya riskinin azaldılması məqsədilə daxili nəzarət sistemlərinin, proses və təlimatların yaradılmasını, tətbiqini, dövri olaraq effektivliyinin yoxlanmasını və təkmilləşdirilməsini tələb edir. Öz fəaliyyətində ənənəvi olaraq etik biznes standartlarını və şəffaflığı prioritet hesab edən Azercell şirkətində artıq bir neçə ildir ki, ən qabaqcıl nümunəyə uyğun antikorrupsiya proqramı mövcuddur. Antikorrupsiya idarəetmə sistemi şirkətlərdə fəaliyyətin bütün istiqamətləri üzrə korrupsiyanın qarşısının alınmasına xidmət etməklə, həmçinin etik davranışın təbliğ olunmasını, bu məqsədlə işçilərə təlimlərin verilməsini nəzərdə tutur. Standartların tələblərinə həmçinin, maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes subyektlərinin uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir. Təqdirəlayiq haldır ki, Azercell-dəki antikorrupsiya idarəetmə sisteminin İSO 37001 standartlarının tələblərinə tam uyğun olmaqla bərabər, bir çox istiqamət üzrə bu sahədəki ən yaxşı təcrübəni əks etdirdiyi audit zamanı auditorlar tərəfindən xüsusi qeyd edilmişdir.
Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilmişdir. İSO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində ilk və qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)













.jpg)





