Səudiyyə Ərəbistanının neft gəlirlərində 20% azalma
Dünya bazarında neftin ucuzlaşması ilə bu il Səudiyyə Ərəbistanının "qara qızıl" satışından gəlirləri nəzərdə tutulandan təxminən 20% az olacaq.
Xarici mətbuat xəbər verir ki, bunu ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin yekununda neftin hesabına 410 milyard rial (təxminən 109 milyard ABŞ dolları) gəlir əldə edilməsi gözlənilir. Bu dövlət büdcəsində proqnozlaşdırılan məbləğdən 103 milyard real, maaşların ödənilməsi üçün lazım olan vəsaitdən 94 milyard rial azdır.
Şahzadə deyib ki, neft gəlirlərinin azalması, iqtisadiyyatın digər sahələrində isə artım olmaması tənəzzülə, milyonlarla insanın işsiz qalmasına səbəb olur. Bununla belə, hökumət Dövlət İnvestisiya Fondu vasitəsi ilə gəlir mənbələrini şaxələndirməyə, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrini dəstəkləməyə çalışacaq.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
25 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
54 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
























