Tanınmış Fransa şirkəti Azərbaycanda nümayəndəlik açır
Su və tullantıların idarəedilməsi sektorlarında fəaliyyət göstərən Fransa şirkəti "Suez" Azərbaycanda nümayəndəlik açır.
Marja xəbər verir ki, Fransanın Ermənistanın tərəfində olduğu Vətən müharibəsinin 40-cı günündə (6 Noyabr 2020) "Suez İnternational" şirkətinin Azərbaycan Respublikasındakı filialı dövlət qeydiyyatına alınıb.
Nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva pr ev. 73, qanuni təmsilçi Fransa Respublikasının vətəndaşı Boucheteil Fabrice Philippedir.
2020-ci ilin Yanvarında Davosda Azərbaycan prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla əməkdaşlıq perspektivlərini müzakirə etmişdilər. Tərəflər arasında kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdı.
Görüşdə Bertran Kamus "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 48 d. əvvəl
- 49 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















