Bakı və İrəvan Moskvada sərhəddəki vəziyyəti müzakirə edəcək
Azərbaycan və Ermənistan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar bu gün Moskvada keçiriləcək.
Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinad edərək məlumat verib.
Qəzetdə qeyd olunur ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq.
“Azərbaycan tərəfdən danışıqlarda Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Ermənistan tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunları Baş Qərargah rəisi Arman Qasparyan iştirak edəcəklər”, - deyə nəşr yazıb.
Bundan əlavə Qarabağdakı sülhməramlı kontingent komandiri Rüstəm Muradovun da danışıqlarda Rusiya tərəfindən iştirak edəcəyi qeyd olunur.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























