Neftdə toyuq-yumurta dilemması
Səudiyyə Ərəbistanı və Rusiyanın razılaşması ABŞ-a yarayacaq
"Marja" xəbər verir ki, ABŞ-dakı Strateji Enerji və İqtisadi Araşdırma Mərkəzinin (SEER) sədri Michael Lynch, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılması müqaviləsinin müddətini 2018-ci ilin Mart ayına qədər uzadacağına toxunaraq, "Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmaqda davam etməsi halında neftin qiymətlərində qısa müddətli artım görüləcək. Digər tərəfdən, artan qiymətlər yenidən ABŞ-ın şist nefti istehsalçılarına fayda təmin edəcək", - deyib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ötən ilin 30 Noyabr tarxində istehsal səviyyəsini gündəlik 1,2 milyon barrel azaltmaq qərarının xam neft qiymətlərini dəstəklədiyini bildirən Lynch, Brent neftin barrel qiymətinin 11 Apreldə 56 dollara, Qərbi Texas növü xam neftin barrel qiymətinin də 53 dollara yüksəldiyini qeyd edib.
Lynch, xam neftin qiymətlərindəki bu yüksəlişin ABŞ-dakı şist nefti istehsalçılarının kapitallarını artırmalarına kömək etdiyini ifadə edib.
ABŞ-da ötən il 30 Noyabrda xam neft hasilatının gündəlik orta hesabla 8,7 milyon barrel olduğunu xatırladan Lynch, "ABŞ-da ötən həftə neft hasilatı 6,9 faiz artaraq sutkada 9,3 milyon barelə yüksəlib. Artan istehsalla birlikdə 4 Mayda WTI-nın barrel qiyməti 45 dollara, Brent neftin barreli də 48 dollara düşmüşdü. Beləliklə, neft qiymətlərində 30 Noyabrdan bu yana əldə edilən bütün qazanclar silindi"- deyə əlavə edib.
SƏUDİYYƏ VƏ RUSİYA BAZAR PAYINI İTİRƏCƏK
Lynch, ABŞ-ın bu il üçün xam neft istehsal hədəfinin gündəlik orta hesabla 9,3 milyon barel, gələn il üçün də 10 milyon barrel olduğunu dilə gətirərək, qiymətlərin orta hesabla 50 dolların üzərində olmasının isə ABŞ-da xam neft istehsalını rekord səviyyələrə artıracağını bildirib.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaq müqaviləsinin müddətini 2018-ci ilin Mart ayına qədər uzatdığını xatırladan Lynch, bunları qeyd etdi:
"Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatlarını azaltmağa davam etməsi halında neftin qiymətlərində qısa dövrlü artım görüləcək. Digər tərəfdən, artan qiymətlər yenidən ABŞ-ın şist nefti istehsalçılarına fayda təmin edəcək. Səudiyyə neft hasilatını artırmağa davam edərsə, bazar payını itirəcək. Rusiya, uzun dövrdə Səudiyyə Ərəbistanı qədər neft hasilatını azaltmadı, ancaq OPEC və Səudiyyəni dəstəkləməyə davam etməsi vəziyyətində Rusiyanın da bazar payını itirəcəyini düşünmürəm. Neft qiymətlərinin artması ilə ABŞ-da şist neftinə investisiyaların və neft hasilatının artacağı qətidir. Səudiyyə və Rusiya bazar payını itirərkən, ABŞ qazanan tərəf olacaq".
SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ RUSİYANIN BAŞQA VARİANTI YOXDUR
Hollandiyanın enerji məsləhətləri şirkəti "VEROCY"ın ortağı Cyril Widdershove, aşağı neft qiymətləri qarşısında Səudiyyə Ərəbistanı və Rusiyanın enerji gəlirlərindən asılı iqtisadiyyatlarını xilas etmək üçün hasilatı azaltmağa davam etməkdən başqa bir variantı olmadığını bildirib və bunları qeyd edib:
KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT
"Rusiya və Səudiyyə Ərəbistanı üçün toyuq-yumurta dilemması söz mövzusudur. İki ölkə böyük miqdarda neft hasilatı və ixracına bağlı iqtisadiyyatlarını xilas etmək üçün hasilatlarını azaldaraq neft qiymətlərini yüksəltmək istəyirlər. Ancaq yüksək neft qiymətləri ABŞ-dakı şist nefti istehsalçılarına yarayır. ABŞ-da neft hasilatı artdıqda neft qiymətləri yenidən düşür. Bu vəziyyət Səudiyyə Ərəbistanı və Rusiyaya zərər verir".
Widdershoven, artan neft qiymətlərinin qısa dövrdə Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin büdcələrinə məhdud həcmdə fayda verəcəyini vurğulayıb.
Səudiyyə Ərəbistanı və Rusiyanın müqaviləni uzatmaq qərarının, OPEC-in 25 Mayda Vyanada keçirəcəyi növbəti iclasda müzakirə olunacağını bildirən Widdershoven, "OPEK üzvlərindən İraq, İran, Nigeriya və Liviyanın 30 Noyabrdakı müqavilədən azad tutulmuşdu. Bu ölkələrin də razılaşmanı dəstəkləyərək öz istehsalatlarında fasilə etmələri vəziyyətində qlobal hasilat çoxluğu daha asan azalacaq və neft qiymətlərinin sabitlik qazanacaq" bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
3 saat əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
5 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
5 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
9 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Ən çox oxunanlar
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər






















